Redaktor seçimi
AHİK-də daxili intriqalar pik həddə çatır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
Günün xəbəri

Daha bir çörək sexində biabırçılıq

                                   

         

   

       Antisanitariya, çəkidə aldatma, əmək qanunvericiliyinin pozulması və s.

 

     “xeberinfo.com”: Çörək sexlərində məlum standartların pozulması artıq ənənə halını alıb. İstehlak üçün vacib olan bu ərzaq məhsulunda xüsusi ilə son zamanlar müşahidə olunan anormallıq pik həddinə çatmaqdadır. Az qala hər gün müxtəlif dövlət strukturları bu istiqamətdə yeni faktlar aşkarlayır. Daha çox Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu vacib məsələyə diqqət ayırır. 

    Təəssüf ki, dövlət qurumlarından fərqli olaraq mətbuat bu problemə diqqətsiz yanaşırmış kimi görünür. Hansı ki, bu mənada mətbuat daha da əhəmiyyətli rola malikdir. Bir müddət öncə “xeberinfo.com”ya Şəki şəhəri H. Əliyev pr.-də Musayev Elçin Akif oğluna məxsus çörək sexi ilə bağlı anoloji məlumatlar daxil olmuşdu. Məlumatlar müəyyən istisnalar olmaqla demək olar ki, ənənəvi xarakterli idi.

    Məlumata görə bu çörək sexində də antisanitariya, çörəyin çəkisində aldatma, məlum əmək qanunvericiliyinin pozulması və s. kimi özbaşınalıqlar hökm sürməkdədir. Elə yerli sakinlərin də narazılığı məhz bu səbəblərdəndir...

Əməkdaşımız əldə etdiyimiz məlumatlarla bağlı sözügedən ünvanda olub, lazımı araşdırmalar aparıb. Qarşıdakı günlərdə mövzu ilə bağlı əməkdaşımızın hazırladığı geniş yazını dərc edəcəyik. Yazıdan məlum olacaq ki, ilk baxışdan kiçik görünən bu istehsal müəssisəsinin böyük gizlinləri var imiş.

 

   Sözsüz ki, müəssisənin sahibi hörmətli Elçin Musayevin də mövqeyinə yer ayıracağıq.

 

 

   

 

    Anar  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam