Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi -FOTO

Bir  dövlət müəssisəsində 9  şübhəli tender müqaviləsi -  FOTO


Bir çox dövlət qurumlarının "yem yeri" olan tender müqavilələri artıq kobud desək "ağ eliyib".

Yenixeber.org: Əvvəllər az-az olduğu üçün peşəkarlıqla diqqətdən yayınmağı bacarırdılar.

İqtisadi böhranın təsirindəndir, nədəndirsə son vaxtlar bəzi, daha doğrusu əksər qurumlar "tender" adı ilə dövlət büdcəsinə "kütləvi şəkildə hücuma keçiblər".

Qarğa-quzğun kimi hərənin bir adla (yol çəkmək, qaz, işıq, məktəb təmiri, xəstəxana təmiri və.s) zərbə vurub, "ölümcül vəziyyətə saldığı" dövlət büdcəsinin üstünə "qonan" "tender quzğunları" düçar olduqları bu "tatlı bəla"nı başqa kiçik qurumlara belə yoluxdurublar. İndi "başı çıxan da, çıxmayan da", hamı güya tender elan edir, sonra "qohum-əqrəba", "dost-tanış"la müqavilə imzalayır, və....

Gerisi artıq hər kəsə məlumdur.

Özü də bu cür tenderlərin əksəriyyəti ya katirovka sorğusu baş tutmadan, ya da ümumiyyətlə Dövlət Satınalma Portalında heç bir məlumat göstərilmədən həyata keçirilir.

Bütün bu proseslər sual doğurduğu üçün tərəfimizdən rəsmi sorğu hazırlayıb həmin qurumun elektron ünvanına göndəririk, ona ya bəzən nəyinki, 24 saat, heç 24 günə də cavab verilmir, ya da 1-2 kəlmə əsassız cavabla "yola verməyə" çalışırlar.

Bu kimi qurumlardan biri də Masallı Mərkəzi rayon Xəstəxanasıdır. Hansı ki, bir həftə ərzində 9 tender müqaviləsi imzalayıb. Heç biri barəsində də Dövlət Satınalma Portalında heç bir məlumat verilməyib.

Bununla bağlı sayt adından rəsmi sorğu hazırladıq.

Göndərmək istədikdə isə internet üzərindən nə qədər axtarsaq da, sözügedən qurumun elektron ünvanını tapa bilmədik. Odur ki, internet ünvanlarında qeyd olunan telefon nömrəsinə zəng etdik. Dəstəyi qaldıran xanım xəstəxananın e-mail ünvanını bilmədiyini dedi. Doğrusu çox təəccübləndik.

"Xanım, siz çalışdığınız qurumun elektron ünvanını necə bilmirsiniz?"

Sualımıza xanım cavab verdi ki: - "Mən təmizlikçiyəm. Oğlan yerini mənə tapşırıb gedib. 10 dəqiqəyə zəng edin, gələcək".

Nə qədər gülünc...

10 dəqiqə sonra yenidən zəng etdik. Bu dəfə də dəstəyi həmin xanım qaldırdı.

"Dediyi oğlan"ın gəlib-gəlmədiyini soruşduq.

Xanım bildirdi ki: - "Hələ gəlməyib, amma burda həkim var gözləyin ona deyim, onunla danışın."

Adını bilmədiyimiz bir həkim dəstəyi qaldırıb, sorğumuzun nə ilə bağlı olduğunu soruşdu və telefon nömrəsi istədi ki, "oğlana verim, özü sizi yığsın".

Təqribən 5 dəqiqə sonra nəhayət sözügedən oğlan bizə zəng etdi. O da soruşdu "nə ilə bağlıdır?"

Cavab verdik ki: - "Masallı Mərkəzi rayon Xəstəxanası bir gündə 4 müqavilə imzalayıb və bu barədə Dövlət Satınalma Portalında heç bir məlumat yerləşdirilməyib. Bununla bağlı sorğu hazırlamışıq. Xahiş edirik email ünvanınızı verin, biz sorğunu ora göndərək."

Cavab:
- "Yaxşı, qoy baş həkimlə məsləhətləşim deyim" və dəstəyi asdı.

Bu davranışdan heç nə anlamadğımız üçün yenidən həmin nömrəni aradıq.
Telefona cavab verən kimi, adının və vəzifəsinin nə olduğunu bilmədiyimiz oğlan bildirdi ki, "demişəm, indi özləri sizə zəng edəcək".

Təqribən 2 dəqiqə sonra bir başqa mobil nömrədən zəng gəldi.

Özünü Masallı Mərkəzi rayon Xəstəxanasının baş mühasibi kimi təqdim edən Fətullah adlı şəxs də bizə yenə eyni sualları verdi.

Baxın!

Bütün bu zənglər, danışıqlar hələ e-mail ünvanını verənə qədərdir.

Bircə kəlmə e-mail ünvanını hələ bizə deyən yoxdur. Hamı biri-birinə ötürə-ötürə xeyli vaxtımızı aldılar.

Əslində, "tenderlə bağlı sorğu" ifadəsini eşitdiyində bu qədər təşvişə düşən qurumun bu həyəcanlı davranışları təəccüblü olmaqla yanaşı, həm də şübhəli vəziyyət yaratdı.

Əlqərəz.

Nəhayət ki, Fətullah müəllim də biraz sürən dialoqumuzdan sonra xəstəxananın e-mail ünvanını bizə votsap vasitəsilə göndərdi.

Biz hazırladığımız rəsmi sorğunu Masallı Mərkəzi rayon Xəstəxanasının elektron ünvanına göndərdik.

Allah var, elə səhəri gün cavab göndərdilər. Amma, yuxarıda da qeyd etdiyimiz kimi "yola vermək" üçün.

Göndərilən cavab (cavab demək olarsa) bizi qane etmədiyi üçün yenidən baş mühasib Fətullah müəllimə telefon açdıq.

Fətullah müəllim israrla gözlərimizi "yalançı çıxarıb", bizi inandırmağa çalışdı ki, bütün məlumatlar Dövlət Satınalma Portalında göstərilib.

Sən demə Fətullah müəllimin "ətraflı məlumat" dediyi müqavilənin başlama və bitmə tarixləri imiş.

Qınamaq da olmur. Bir həftənin içində 9 müqavilənin hamısı barəsində heç bir məlumat yerləşdirməyən qurum əməkdaşının bu cavabı (bəlkə də işi elə bu cür bilməsi) gözləniləndir.

İndi keçək müqavilə imzalanan müəssisələrə:

1. "MASALLI RAYON MƏRKƏZİ XƏSTƏXANASI" PUBLİK HÜQUQİ ŞƏXSİ

"cənub-2000" MMC

VÖEN: 6400638301

inventarın alınmasıinventarın alınması

19.10.2021 07.10.2021 31.10.2021 - 9829.4 AZN

2. "Gill Med"MMC

VÖEN: 5000825521

Yumşaq inventar.yataq ləvazimatları və xusuSi geyimlərin alınması

19.10.2021 14.09.2021 31.12.2021 - 16626.2 AZN

3. Harmony İndustrial Construstion and Engineering Group" MMC

VÖEN: 1500429791

Əsasfondlara xidmət haqqı

19.10.2021 21.06.2021 31.12.2021 - 8945.58 AZN


4. "SUPPLİMED" MMC

VÖEN: 3300484411

Maşın və avadanlıqların satın alınması

19.10.2021 20.09.2021 31.12.2021 - 34456 AZN


5. "Red Line" MMC

VÖEN: 2904600801

Yanğınsöndürən balonların alınması

20.10.2021 13.08.2021 31.12.2021 - 1770 AZN

6. "Red Line" MMC

VÖEN: 2904600801

Yanğınsöndürən balonları doldurulması

20.10.2021 13.08.2021 31.12.2021 - 2055.56 AZN

7. "Cənub-2000" MMC

VÖEN: 6400638301

Nəqliyyat vasitələrinin cari təmir xərcləri

21.10.2021 06.09.2021 31.12.2021 - 22527.38 AZN

8. "LV Şipping Kaspian" MMC

VÖEN: 1504055871

Digər kommunal haqqının ödənilməsi (Tibbi tullantıların daşınması və zərərləşdirilməsi)

21.10.2021 28.09.2021 31.12.2021 - 6760 AZN


9. F/Ş Qasım Şaliyev

VÖEN: 2600608542

Hüquqi yardım (Hüquqi yardımın göstərilməsi)

21.10.2021 19.01.2021 31.12.2021 - 4800 AZN

1. "Cənub-2000" MMC - Cənub bölgələrimizin əksəriyyətində fəaliyyət göstərən dövlət qurumlarının keçirdiyi əksər tender müsabiqələrinin qalibi məhz bu müəssisə olur.

Haqqında internet üzərindən xeyli axtarış etdik.

Tapdığımız yeganə məlumat isə yalnız bu oldu.

Bir  dövlət müəssisəsində 9  şübhəli tender müqaviləsi -  FOTO



2. "SUPPLİMED" MMC
Haqqında internet üzərində göstərilən məlumatlar:

Bir  dövlət müəssisəsində 9  şübhəli tender müqaviləsi -  FOTO

Bir  dövlət müəssisəsində 9  şübhəli tender müqaviləsi -  FOTO



3 və 4 - "Red Line" MMC !

Baxın!

Bir  dövlət müəssisəsində 9  şübhəli tender müqaviləsi -  FOTO

Bir  dövlət müəssisəsində 9  şübhəli tender müqaviləsi -  FOTO

Bir  dövlət müəssisəsində 9  şübhəli tender müqaviləsi -  FOTO

Bir  dövlət müəssisəsində 9  şübhəli tender müqaviləsi -  FOTO



Bu Məhdud Məsuliyyətli Cəmiyyət ilə iki müqavilə imzalanıb:

1. Yanğınsöndürən balonların alınması:
Məbləğ - 1770 AZN

2. Yanğınsöndürən balonların doldurulması;
Məbləğ - 2055.56 AZN


"Astarı üzündən baha çıxıb" deyəsən...

5. "LV Şipping Kaspian" MMC

Digər kommunal haqqının ödənilməsi (Tibbi tullantıların daşınması və zərərləşdirilməsi) !

Bu bir daşıma (kargo) şirkətidir.

6. "Gill Med"MMC
Haqqında internet üzərindən məlumat:

Bir  dövlət müəssisəsində 9  şübhəli tender müqaviləsi -  FOTO

Bir  dövlət müəssisəsində 9  şübhəli tender müqaviləsi -  FOTO



7. Harmony İndustrial Construstion and Engineering Group" MMC

Haqqında internet üzərində göstərilən məlumat:

Bir  dövlət müəssisəsində 9  şübhəli tender müqaviləsi -  FOTO




Yeri gəlmişkən onu da qeyd edək ki, Fətullah müəllim ilə telefonla danışdığımız zaman əvvəl ona elə gəldi ki, o bizi "başa sala bilmir" məlumatlar portalda göstərilib.

Gördü ki, yooox... gözlərimizə daha çox inanırıq, o zaman sualımıza sualla cavab verdi ki, "vobşe sizin məqsədiniz nədir?"

Bizim məqsədimiz!


Mövzu diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam