Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycanda görülməmiş hadisə: Olmayan şirkət tenderin qalibi olub, 49 min pul aldı… – FOTOFAKT

Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi məlum olub.
Yenixeber.org: Açıqlanan rəsmi məlumatlara görə, tender müsabiqəsinin qalibi “Viper” MMC olub.
“Viper” MMC Gəncə Dövlət Universitetinin sifarişi əsasında abadlaşdırma işləri görəcək və bunun qarşılığında 49 min 95 manat 1 qəpik alacaq.
Qeyd edək ki, kotirovka sorğusu 12.04.2021-ci il tarixində elan olunub. Elanda bildirilib ki, kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 12.04.2021-ci il saat 16:00-dan – 16.04.2021-ci il saat 12:00-dək qəbul olunur.
Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, qalib şirkət “Viper” MMC sənəd qəbulu başa çatdıqdan 7 gün sonra – 24.04.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 30 manat olan “Viper” MMC–nin hüquqi ünvanı Nəsimi rayonu, Dilarə Əliyeva, ev 225, m 54-də yerləşir. MMC-nin qanuni təmsliçisi Həşimova Ayşən Əlizal qızıdır.
Maraqlı məqamlardan biri də odur ki, Gəncə Dövlət Universiteti bu cür qeyri-adi tender müsabiqəsini əvvəllər də keçirib. Belə ki, ötən il Gəncə Dövlət Universiteti “Bazar Trade Rave” MMC-yə “Yumşaq İnventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması” üçün 195 min 798 manat ödəyib. “Bazar Trade Rave” MMC tender müsabiqəsinin başlamasından təxminən bir ay sonra dövlət qeydiyyatına alınıb. Gəncə Dövlət Universiteti 17.03.2020-ci il tarixində tender müsabiqəsinə başlayıb. “Bazar Trade Rave” MMC isə bir ay sonra 14.04.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.(yeniavaz)


A. Cəfərov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam