Vətəndaşa sahib çıxın ki, biz varıq deyək...
Yenixeber.org: Ürəyimdə qövr edən fikirlərimi düşündüm ki, sizinlə bölüm. Bu səbəbdən beynimdə çox suallar təzahür edir.
Zamanla İnsan tükənib suda boğulan kimi niyə batır. Bəzən insan ümidsiz olanda özündəndə qaçmağa çalışır. Və o hiss edirki, onu öz kölgəsi də qovur. Ağlında bir fikir höküm sürür:-cismindən tez uzaqlaşsın. Lakin bu uzaqlaşma mümkünsüz olduğu üçün insan öz nifuzunu itirir. Bütövləşib bitəcəyi yeri arayır və nə yazıq ki, yenidən itirir. Nədir bir Allah bəndəsinin özündən pəjmürdə olması və qaçması?!...
-İnsan əslində hürr doğuldu ki, müstəqil, azad yaşasın. Və Allahın ona əta etdiyi torpağı vətən bilib, sevə- sevə verdiyi nemətlərdən bolluca istifadə edə- edə onu yaradana itaət etsin. Bütün bu dediklərim gözəl... Bəs yer üzünün yezid, qəddar zalimləri buna imkan verdilərmi?!..Əsla yox!Hətta dövran elə oyunlar planı həyata keçirdi ki, nəinki zalimlər, insanın öz doğmaları yada, özgəyə çevrildi. Zamanında bir qabdan yemək yeyən, bir qanda iki can olan sevdiklərin mal - mülk səbəbilə qəsdinə durdular. Məncə məlum olaylar arandıqca idrakı və zəkası normal, irfani düşüncəyə sahib insan bütün bu suallar qarşısında aciz, yazıq qula çevrilir. İnsan beyni tədricən sabit və normal düşünməyi itirərək məlum faktlarla üz- üzə dayanır. Sorğusu yalnız özünə olur...Nədən? Nədən deyərək elə bir halə gəlir ki, əlində olsa ruhunu onu yaradana sevə- sevə təslim edər. Düşünən insanın ağlında elə suallar boy alır ki, çox çaşqın vəziyyətlə baş- başa qalır. Cavabı məchul olan sualsa budur:- Həyat görəsən niyə belə təzadlarla doludur??..
İnsan isə bu və bu kimi suallar qarşısında tam olaraq mükəlləf deyil ki, aradığı təfəkküründə təzahür edə bilsin. Bəzən insan öz tale qurşağından özünün ömür yoluna ayna tutur. Görünən hadisələrsə, insan düşüncəsinin nə qədər yaradana bağlı olduğunu təccəssüm etdirir və olayların onun taleyində qədərin çizgisini kölgəvarı görüntülərdə bərqərar olmasını sanki ayna tuturmuş kimi əks etdirir.
Gəlin, bir fərdin yaşam dairəsini nəzərdən keçirək və cəmiyyətdə bütövləşən insanların həyatları ilə müqayisə edək:- İnsanı tərkidünya edən sadəcə öz ətrafında qoxuya yığılan milçək və həşaratlar deyil ki?!..Cəmiyyət toplum olan ailədir. Həyatda hər bir fərd kiçik cəmiyyət sayılan ailədə yetişir. Yaradılmışlar xarakter ehtibarılə müxtəlifdir. Baxmayaraq ki, eyni valideynin övladları sayılırlar. İdarə etməyə isə ailədə və cəmiyyətdə öz mövqeyi ilə seçilən saylardan biri sahiblənir. Cəmiyyətdə belədir. Hətta məhkum olaraq yaşadığımız cəmiyyətdə belə deməyə əsas verir. Quruluş isə yetərincə normal idarə edilmədiyindən insanların düşüncəsində təzada çevrilir. İnsan dünyaya gəlir ki, Allahın qoyduğu qanunlarla yaşasın, "əbədi həyat" əldə edə bilsin. Niyə insan hər başına gələnlərdən tükənərək öz ruhu ilə mübarizəyə qalxır və bağışlanmaz günahlarla üz- üzə qalır?
Çünki, bəzi insanlar həyatda ünsür kütlələrinin əlində oyuncaq halına gətiriliblər. Bu gün cəmiyyətdə o qədər xaos hökm sürür ki, dövləti idarə edən prezident xalqa müraciət edərək, qələm adamlarını və mətbuatı köməyə səsləyir . Səsləyir ki, çatışmazlıqları ona çatdırsınlar. Əgər idarə etmədə bu qədər problem yaşanırsa, belə olan təqdirdə sıravi vətəndaş nə etsin? Belə ünsurlərlə necə baş edə bilsin. Məncə, görünən və görünməyən problemləri araşdırmaq üçün jurnalistlər və mətbuat bütün səylərilə prezidentin yanında olmalıdır.
Gəlin, ətrafa bu günümüzlə baxaq:- Cəmiyyət olaraq nələrlə qarşı- qarşıya dayanmışıq? Diqqət etsək görərik ki, bu gün gənclərin təfəkkürü illər öncə yetişən gəncliyin baxışları ilə üst- üstə düşmür. İndiki gənclik barışmaz və daha çox qoparmağa çalışan, həmdə çox tələbkardır. Səbəb isə sosial şəbəkələrdir. Müasir gənclik həyata sosial şəbəkələrdən baxdığına görə artıq maraq dairəsi tamamilə tükənərək sıfıra bərabər olub. Bu isə o deməkdir ki, artıq beyin normal düşüncəyə sahib deyil. Bəzən gənclər tükəndiklərindən belə problemlərin aradan qaldırılması üçün arzuolunmaz vərdişlərə əl atırlar. Əksər gənclərimiz yollarını azdığına görə özlərini ağ ölümün ağuşuna təslim edərək tamamilə ailədən və cəmiyyətdən tədric edilirlər. Artıq həyəcan təbili çoxdan çalınmalı halda, yenədə ictimai qınaq, görüləsi tədbirlər nədənsə ləngidilir.Niyə?.. Nədən?.
Bu suallar qüvvədə qalmaqla yenədə açıq qalır.
Amma buna baxmayaraq müqayisədə cəmiyyətdə yetişən milli ruhlu gənclərimizdə var. Hansı ki, bütün dünya ikinci vətən savaşında əsgərlərimizin əzm və şücaətini gördü .Qarabağ uğrunda çoxlu sayda cəngavər oğullarımız bir mücahid kimi torpaq, namus uğrunda canlarından keçərək Şəhid oldular. Görün cəmiyyətdə nə qədər gözüyaşlı ailələr var. Bəs, bu cəmiyyətdə Şəhid ailələrinin hüquqları müdafiə edilirmi? Əlbəttəki yox! Çox sayda çətinliklərlə üz- üzədirlər. Bütün bu sərgilənmiş mənfi hadisələr gələcəkdə yetişən gənclərimizə öz təsirini göstərməyəcəkmi?!.. Bütün bu xaosu yaradan bəzi mənfi ünsürlərdir ki, daima dövlətimizin müstəqilliyini kölgə altına almağa çalışıblar. İnsanlar bilmirlər dünyada yayılan " kovid" virusu ilə mübarizə aparsın, yaxud dükan bazarlarda bahalaşma ilə. Sanki insanlar yaşadığımız dövrdə hər günün bir hökmü var kimi nəyi harda necə edəcəklərini bilmirlər. İşsizlik baş alıb gedir. Suyun, qazın işığın, qiyməti göz qamaşdırır. Baxmayaraq ki, nefti, qazı olan varlı bir ölkənin vətəndaşlarıyıq. Daxildə yaranan manapolialar isə dövlətə ziyan vurmaqla yanaşı insanlarında beynində bitməyən qarışıqlıq yaradıb. Müstəqilliyimizdən bu yana insan yaşamına təsir edə bilən çox sayda hadisələrlə qarşılaşmışıq. Təəssüflər olsun ki, düşmənlərimizdə yetərincədir. Ağlı başında olan insan, olub bitənlərin necə dərdini çəkməsin. Millətin madii rifah halı çox aşağı səviyyədədir. Azərbaycanda bir qrup insanlar var ki, qaz vurub qazan doldururlar. Heç vaxt üzü gülməyən ictimaiyyət isə artıq depresiya vəziyyətindədir. İşsiz, qalan gənclər ailəsinə bir loxma çörək apara bilmədiyindən ( dırnaqarası dərdlərdən uzaqlaşmaq üçün) gənclər qara yollarla ölkəmizə ayaq açan " pati, şişə"adlı ağ ölümlə üz- üzədir. Hökm sürən hadisələrə diqqət etdikcə anlamaq olar ki, dövlət sanki idarə edilmir. Yüksək kürsüdə oturan nazirlər hərəsi özlüyündə özünü "prezident " hesab edirlər. Qanunlar kağız üzərində qalır. Belə quruluşa sizcə hansı adı vermək olar?!...
Bütün bu düşüncələrin arxasına düşən vətəndaş sonda yol tapa bilmədiyi üçün ya intihar edir, yada pis vərdişlərə yiyələnir. Sonda sual edirəm:- Bu ölkənin sahibi varmı ki, vətəndaşına sahib çıxsın.VARMI SAHİB ÇIXAN???? AÇIQ QALAN SUAL..
Təranə Şəms: xüsusi olaraq yenixeber.org üçün.