Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Xəlifə Mötəsimmisiniz Sahil Babayev?!.

 
Sağ əli, biləkdən yuxarı...
Sol qolu, dirsəkdən aşağı...
Sağ ayağı dizdən aşağı...
Sol ayağı dizdən yuxarı...
Dərisi asta-asta soyulsun...
Edam gün batanacan davam eləsin...
Xəlifə Mötəsimin, Babəkin edam fərmanından iqtibas.
Müəllif, Təbəri neçəncisə əsir...
***
Bir qolu filan santim qalan, filan qrup...
Ayağı filan cür olmayan, fəhmən qrup...
Iki əki, iki ayağı olmayan bəhmankəsdi...
Beyninin yarısı iflic olanı araşdırırıq...
Əli yoxdu, ayağı yoxdu, gözü yoxdu, övlad dünyaya gətirmək funksiyası yoxdur, danışa da bilmir...Adam canlı şəhiddir, meyitdir... araşdırırıq...
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevin əməkdaşlarının Qarabağın iyirmi doqquz illik işğalına son qoyan, əlil qazilərə, əlillik dərəcəsi verilməsi barədə açıqlamalarından iqtibas.
Müəllif, bəndəniz...
***
Kim daha adil və rəhimlidir? Düşmənini yenən əzazil qozbel xəlifə Möhtəsimmi?..
Yoxsa yaraşıqlı, qalstuklu, şax gəzən, qanun deyib fırlanan, dəriləri parıldayan, zərif məmurlar. O utancverici qanun bəndlərindən danışmağa gəlincə, vallah bu vicdan zəlilliyidir.
***
Vətəndaş olaraq Sahil Babayevin gəncliyinə, Prezident qarşısında ürəkli ilk çıxışına görə çox ümidvar idim. Lənət olsun ümidimə də . Məni çox aldadır. Daha ümidvar olmayacağam kimsəyə...
...Çünki əsəbi, psixikası pozuq, ayağı protezli, bezmiş, canı ağrıyan, o qalib qazinin "tez olunnnn, tezzzzz, mənim dərəcəmi verin, eyyy teeezzz....Bu saat özümü doğrayajam" deyib, kəsici alətlə, xəstəxana köşəsində dövləti şantaj etməsinə baxmaq olmur. Dövlətin başına Qarabağ tacı qoymaqda ali baş komandana, xalqa, məqsədə, amala canını, sağlamlığını fəda edən o igid oğlanları belə alçaltmazlar. Qalibdən aciz, şərəfsiz, şəxsiyyətaiz düzəltməzlər qardaş. Qazilərdən dövlətə sosial problem yaratmaq mənəvi terroçuluqla məşğul olmaqdır. Vətəndaşı son çıxış yolunun şantaj olduğuna inandırmayın. Siz şantaj axınının qarşısını ala bilməyəcəksiniz sonra...
...Sizi bilmirəm, mən o sonradan sonra, nələr ola biləcəyini, çox yaxşı gördüyümdən üşənirəm Sahil müəllim. Noolar, siz də üşənin. Qorxun ilahi ədalət və məhkəmədən. O eybəcərliklə dolu qanunları vurun qoltuğunuza gedin oturun Prezident Adminstrasiyasında. Üşənin, ürpənin, çərlədin, bezdirin, danışın, qorxudun, başa salın onları. Və o əlillərin qarşısına özünüz şəxsən çıxın. Noolar ki, zəlil qalan bu qədər adamı bircə dəfə insan kimi sevin...
Dünya fanidir, bir gün mənim də, sizin də üzümüzükəfəndən açıb torpağa qoyacaqlar. Sonra da bir ovuc torpaq atacaq üstümüzə, ən sevdiklərimiz və çıxıb gedəcəklər. Deyirlər ora ağır imtahandır. Ona görə bu dünyada rəhmət qazanmaq, mühim şərtdir. Əlillik dərəcəsini verin o qazilərə. Xətkeşlə ora buralarını az ölçün. Bu həyatınızın savabı olacaq.
Bir də mənəvi standartı deyim sizə, əlil şəhid yarısıdır. Məmurluq isə, vətənə, dövlətə kişi kimi xidmətdir. Bəlkə də bu işin bir sərəncamlıq canı var. Di gəl, sizdə o "qırmızı telefonu" qaldırıb söz deməyə ürək yoxdur. Məncə qorxmayın, deyin, Şuşadan torpaq ha istəmirsiniz, qazilərə dərəcə üçün sərəncam istəyirsiniz...
Jalə Mütəllumova

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam