Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

“Nar”dan vətəndaşlara bayraq hədiyyəsi!-FOTOLAR

 

 

 Yenixeber.org: “Nar” 9 noyabr – Dövlət Bayrağı Günü və Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xüsusi aksiya keçirib. Vətəndaşların yüksək qələbə ruhuna dəstək məqsədilə mobil operator yeni konseptə uyğunlaşdırılmış Fəvvarələr meydanı, Bülbül prospekti və Elmlər Akademiyası metrostansiyası yaxınlığındakı mağazalarına, eləcə də digər satış mərkəzlərinə gələn abunəçilərə Azərbaycanın 3 rəngli bayrağının həkk olunduğu yaxa sancaqları hədiyyə edib. Bundan başqa paytaxtın mərkəzi küçələrində olan vətəndaşlara da yaxa sancaqları paylanılıb. Bununla da vətəndaşların qəlblərindəki bayraq sevgisini əyani olaraq yaxalarında daşımasına imkan yaradılıb.

Aksiyanın keçirilməsində məqsəd Rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı uğurlu hərbi əməliyyatlar dövründə insanların artan qələbə əzminə töhfə verməkdir.

“Nar”ın həyata keçirdiyi bayraq aksiyasının vedeosuna bu keçid vasitəsilə baxmaq olar: https://www.youtube.com/watch?v=OSrDSEV2NBI&feature=youtu.be

 

Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatına başladığı vaxtdan etibarən “Nar” bütün sosial media kanallarında loqosunun rəngini Azərbaycan bayrağı ilə əvəz edib. Qüdrətli Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində işğal altında olan bütün ərazilərimizin tezliklə azad ediləcəyinə inanırıq. Qələbə bizimdir!

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam