Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur -İTTİHAM
Məni daimi izləyənlər bilir ki, dünən “Azərsun” son qiymət artımlarından bəhs edən yazını post etmişdim, eyni zamanda Holdinqin Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürməsi ilə bağlı istinad etdiyim və paylaşdığım mənbədə məlumat tapmadığımı yazmışdım. Sonradan aydın oldu ki, Holdinq Fonda 1 mln.manat vsəait köçürüb və cəhbəyə yardımlar edir.
Yenixeber.org: Öncə deməliyəm ki, hazırkı müharibənin xərcləri ilə müqayisədə Azərbaycanın ən böyük Holdinglərindən biri olan, istehlak bazarının əhəmiyyətli hissəsinə nəzarət edən Azərsun üçün 1 mln. manat çox kiçik məbləğdir. Nəzərə alaq ki, Azərsun on illərdir ki, ordumuzu ərzaq məhsulları ilə təmin edir və ordan da, xalqa satdığı mallardan da milyardlar qazanır. Ona sözüm yoxdur, amma bildiyim qədər Holdinqin işçilərinin əmək haqqı ödənişində diskriminasiya vardır, xaricdən gələnlər yerli işçilərlə müqayisədə dəfələrlə çox məvacib alırlar. Bunu da yazmazdım, əgər Holdinqin yerli rəhbər işçilərinin demək olar ki, hamısı (adlarını yazmıram gənclərdirlər, səhvlərini başa düşüb, peşman olacaqlarına əminəm) məni qərəzlikdə və müxalif mövqedə suçlayaraq səviyyələrinə uyğun xoşagəlməz şərhlər yazmasaydılar. Gedin, əməyinizə layiqli dəyəri tələb edin, xalqın cibinə girənlərə, ordunun büdcəsindən yaralananlara dəstək olmayın!
Əslində müharibə şəraitində, belə həsas dövrdə xalqın və ordunun ən çox istehlak etdiyi ərzaq mallarının qiymətlərini bahalaşdıranlar dövlətə və hərbiyə müxaliflik edirlər. Mənim məqsədim isə onun qarşısını almaq və genişlənməyə qoymamaqdır.
Ötən həftədən etibarən Azərsun müştərilərinə topdan satdığı şəkər tozunun və bitki yağlarının qiymətlərini belə bahalaşdırıb.
Şəkər tozu 50 kq -lıq kisə 41, 50 manatdan 44,50 manata,
“Final” Gunəbaxan yağı 0.5 litr 1,41 manatdan 1,55 manata,
“Final” Gunəbaxan yağı 1 litr 2,58 manatdan 2,83 manata,
“Final” Gunəbaxan yağı 2 litr 5,02 manatdan 5,53 manata,
“Final” Gunəbaxan yağı 5 litr 12.35 manatdan 13,58 manata,
“Final” Qargıdalı yağı 0,5 litr 1,99 manatdan 2,17 manata,
“Final” Qargıdalı yağı 1 litr 3,50 manatdan 3,85 manata,
“Final” Qargıdalı yağı 2 litr 6,69 manatdan 7,52 manata,
“Final” Qargıdalı yağı 5 litr 16,56 manatdan 18,22 manata bahalaşdırılıb.
Xahiş edirəm ki, bu postu maksimum dərəcədə çox paylaşın ki, xalq görsün ki, dövlətə və hərbiyə müxaliflik edən kimlərdir. Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon pul köçürən kimi satdığı malların qiymətləri qaldırıb onun xərcini xalqdan və ordudan çıxmağın adı hazırkı müharibə dövründə nə ola bilər ki? Fürsətçilik!
P.S. Yeri gəlmişkən, Azərsun dəmir qablarda olan və çəki ilə satdığı yağların da qiymətini bahalaşdırmağı planlaşdırır. Əgər, bu qiymət artımını durdura bilməsək, digər məhsullarını da bahalaşdıracaq.
Qubad Ibadoğlu, İqtisadçı alim