Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərsun” bahalaşmanı etiraf etdi

 

“Azərsun Holding” son günlər ölkənin istehlak bazarında müşahidə olunan məhsulların qiymət artımına münasibət bildirib.
"Xeberinfo.com":   Holdinqin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov açıqlamasında bildirib ki, “Azərsun”un bütün məhsullarının qiymətini 20-35 faiz arasında bahalaşdırması ilə bağlı mətbuatda gedən xəbərlər həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, şirkət məhsullarında cəmi 3-5 faiz bahalaşma tətbiq edilib ki, bu da bütün məhsullara aid deyil.
A.Səfərov bildirib ki, dünyada müşahidə olunan iqtisadi böhran, Çində yuanın devalvasiyası bu prosesə təsir göstərib. O qeyd edib ki, iqtisadi böhranla bağlı holdinqin bəzi məhsullarının qiyməti yüksəlsə də, bəzilərinin qiymətində ucuzlaşma olub.
Qeyd edək ki, sosial şəbəkədə “Azərsun”un məhsulları orta hesabla 10% artırması barədə məlumat yayılıb.
Devalvasiyadan sonra dollar 34 faiz bahalaşdığından yerli istehsalçılar və idxalçılar çətin vəziyyətdə qalmışdılar. Hətta ötən 5 ayda iri ərzaq şirkətlərinin zərər ilə işlədiyi bildirilirdi. Yerli istehsalçılar bəzi xammalı və qablaşdırma məhsullarını xaricdən aldıqları üçün, dolların bahalaşmasının (34%-in) yarısı qədər – təxminən 17-20% bahalşama tələb edirdilər. İndiyə qədər İqtisadiyyat və Sənaye Nazirliyi qiymətlərin artırılmasına imkan vermirdi. /”Marja”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam