Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

PANDEMİYA DÖVRÜNDƏ İPOTEKA KREDİTLƏRİ... –Maliyyələşmə kəskin azalıb,qiymətlər...

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu, 2020-ci ilin 7 ayında 34,8 milyon manat məbləğində kreditləri yenidən maliyyələşdirib ki, bu da 2019-cu ilin eyni göstəricisindən 78 faiz azdır. Eyni zamanda, fond sosial ipoteka üçün maliyyələşmənii artırıb.

Yenixeber.org: Fondun kreditin yenidən maliyyələşdirməsində belə kəskin azalmasının səbəbləri nədir? İpoteka kreditlərinin yenidən maliyyələşdirilməsindəki tənəzzülə əsasən Azərbaycanda mənzil qiymətlərini ilin sonuna qədər qiymətləndirmək mümkündürmü? Gənc ailələrin və əhalinin həssas qruplarına mənsub insanların mənzil probleminin həllində sosial ipotekalar hansı rolu oynayır?

Bu və digər suallrla bağlı iqtisadçı ekspertlərlə danışdıq.

Ekspertlərinməsləylə bağlı dəyərləndirmələrinə keçməzdən öncə qeyd edək ki, 38 yaşlı Elşən Ələkbərov Bakıda kirayə yaşayır, dövlət sektorunda çalışır, ayda 1400 manat əməkhaqqı alır.

O bildirir ki, əsas məqsədi paytaxtda ev sahibi olmaqdır: “12 ildən artıqdır, kirayədə yaşayıram, uşaqlarım orada dünyaya gəlib, böyüyürlər. Bu maaşla 5 nəfərlik ailəni ancaq dolandırmaq mümkündür. Üstəlik xəstə ata-anama da kömək etməyə çalışıram. Ona görə pul toplayıb ev almaq müşkül məsələdir. Bir ara torpaq alıb ev tikmək istədim. Amma o da çətin məsələdir, şəhərdən kənarda ev tikmək olar, amma yaxınlıqda normal məktəb, bağça yoxdur, yollar pisdir, işə gedib-gəlmək olmur. Ona görə qərara gəldim ki, ipoteka krediti ilə ev alım”.

Müsahibimiz deyir, çox çalışsa da, kredit almaq ona nəsib olmayıb. Çünki bürokratik əngəllərlə üzləşib: “Qayda belədir ki, İpoteka və Kredit Zəmanət Fondunun saytına müraciət etməlisən. Bəzən, günlərlə sayt işləmir, müraciətləri qəbul etmir. Sonra bir bank sənə təminat verməlidir, üstəlik 20 faiz ilkin ödəniş etməlisən. Hansı banka getdim, bildirdilər ki, ipoteka üçün çoxsaylı müraciətlər qəbul ediblər, amma Fond limit ayırmadığı üçün onları maliyyələşdirə bilmirlər”.

Elşən Ələkbərov deyir, pandemiya dövründə kredit almaq niyyətindən daşınıb: “Gəlirim azalıb, sosial vəziyyət ağırlaşıb, indi əsas qayğımız uşaqları dolandırmaqdır. Kirayə qalmaqdan başqa çarə yoxdur. Gözləyək, görək başımıza nə gəlir...”

Qeyd etdiyimiz kimi? Mərkəzi Bankın məlumatındada ipoteka kreditlərinin h'cminin k'skin azaldığı qeyd olunur. 

 

 

Tanınmış iqtisadçı, ekspert Samir Əliyev Mərkəzi Bankın məlumatını “AzPolitika.info”-ya şərh edərkən bildirib ki, Fond gəlirlərini əsasən 3 mənbədən əldə edir. Azalma da bu mənbələrin pandemiya dövründəki vəziyyəti ilə bağlıdır: “Fondun əsas donoru dövlət büdcəsidir. Daha sonra təkrar maliyyələşmədən əldə etdiyi vəsaiti yenidən bazara yönətməklə gəlir əldə edir. Yəni əvvəl verdiyi kreditlərdən toplanan vəsaiti yenidən bazara buraxır, kreditləri maliyyələşdiririr. Fondun bir gəlir mənbəyi də buraxdığı qiymətli kağızlardandır. Hər il bondlar buraxılır və bazardan vəsait cəlb edilir”.

Təkrar maliyyələşmənin həcminin kəskin azalmasına diqqət çəkən ekspert buna səbəb kimi də pandemiyanı göstərir: “Məlumdur ki, ölkədə iş yerləri donduruldu, insanların gəlir əldə etmək imkanı azaldı. Belə şəraitdə təbii ki ipoteka götürənlərin sayı azaldı, təkrar maliyyələşmə dayandı”.

Samir Əliyev burada texniki səbəblərin də olduğunu istisna etmir: “Tutaq ki, ipoteka almaq istəyən vətəndaş hansısa təşkilatdan arayış götürməlidir, amma iş yerləri bağlıdır, götürə bilmir. Bu və ya başqa səbəblərdən müraciətlərin sayı az olub”.

Ekspert ipoteka kreditlərinin azalmasının mənzil bazarına təsir göstərməyəcəyini deyir. O hesab edir ki, kreditlə alınan mənzillərin payı ümumi bazarda kiçik olduğuna görə tələb - təklifin formalaşmasında onun təsiri azdır.

Bununla belə ekspert gənclərin mənzil probleminin həlli üçün hökumətin ipoteka kreditlərini genişləndirməsini, şərtlərin yumşaldılmasını və əlçatanlığı yaxşılaşdırılmasını vacib sayır.

 

 

İqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov şərhində büdcədən ayrılan sosial ipoteka kreditləri hesabına sosial mənzillərin tikilib baza təqdim olunduğunu xatırladıb. O, belə mənzillərə təlabatın yüksək olduğunu vurğulayıb: “Bu layihələr aztəminatlı vətəndaşlarımızın mənzillə təminatına ciddi bir dəstək kimi qiymətləndirilməlidir”.

Millət vəkili bildirib ki, İpoteka Fondunun kredit portfelinin strukturunu nəzərə alsaq, oradakı yerdəyişmələr mənzil bazarına təsir göstərmir. 

“Hazırda bazarda tələbin azalması müşahidə olunur ki, bu birbaşa pandemiya ilə bağlıdır. Kreditlə mənzil alanların bir çoxu onu kirayə verərək gəlir əldə etməyə çalışırdılar. Pandemiya dövründə ölkəyə gələn əcnəbilərin, rayonlardan Bakıya gələnlərin sayının kəskin azalması kirayə mənzillərə tələbi azaldıb və bazara mənfi təsir göstərib. Təəssüf ki, buna rəğmən, kəskin qiymət azalmalarını müşahidə etmirik. Təbii ki, qiymət artımı da gözlənilmir. Bir sıra seqmentlərdə hətta daha yüksək qiymətlər təklif olunur. Əgər bazarda tələb bir müddət aşağı olacaqsa, o zaman qiymətlərin nisbətən enəcəyini gözləmək olar”-deyə V. Bayramov qeyd edib.

(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam