Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

TAKSİNİ “İMKANSIZLARIN” ÜZÜNƏ BAĞLAMAQ CƏHDİ –BNA rəsmisinin məsuliyyətsiz açıqlamasına sərt reaksiyalar

 

Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətini tənzimləyən konsepsiya hazırlanacağını açıqlayıb. Qurumdan verilən məlumatda bildirilir ki, bazarda aşağı tariflər səbəbindən taksi sürücülərinin gəlirlərinin və xidmətin keyfiyyətinin aşağı olması buna zərurət yaradır.

Problemlərin həlli məqsədilə konsepsiya vahid dispetçer mərkəzinin yaradılmasını, tarif sisteminin tənzimlənməsini və kvotanın tətbiqini nəzərdə tutur.

Agentliyin hüquq şöbəsinin müdiri Hikmət Babayevin taksi sektorunda yenilikləri əsaslandırarkən dediyi bəzi əcaib fikirlər isə ictimaiyyət arasında heyrət və etirazlara səbəb olub. Sosial şəbəkələrdə mövqe bildirən ekspertlər, jurnalistlər BNA-dan açıqlama tələb etsələr də, adıçəkilən qurum hələlik susmağa üstünlük verir. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mayıs Ağayev suallarımızı cavabsız qoyub.

BNA rəsmisindən heyrətamiz açıqlama

BNA-nın şöbə müdiri Hikmət Babayev deyib: "Bu gün taksi sifariş etdikdə, yaxud yol kənarında dayanan taksi sürücülərinə müraciət etdikdə onların fərqli qiymətlər təklif etdiyini görərik. Bəzi avtomobillər köhnə, hətta yararsız olur. Avtomobillərdə mövcud tərtibat qaydalara cavab vermir. Sürücülərin böyük əksəriyyəti qeyri-peşəkardır. Bunlar da taksi fəaliyyəti ilə bağlı yeni konsepsiyanın reallaşmasını labüd edir. Konsepsiyanın icrası ilə sərnişinlər üçün təhlükəsiz və keyfiyyətli taksi xidmətinə nail olmaq qarşıya məqsəd kimi qoyulub. Sürücülər üçün isə iqtisadi baxımdan müsbət addımlar atılacaq.

 

 

Bu gün bazarda fəaliyyət göstərən xarici taksi şirkətləri dövlətdə qeyri-rezident kimi qeydiyyatdan keçməyiblər. Onlar sürücülər vasitəsilə pul qazanırlar və həmin pulu xaricə daşıyırlar. Onlar bir çox xərclərdən azad olduğu üçün qiyməti aşağı müəyyən edirlər. Onlarla mübarizə aparan yerli şirkətlər də məcburiyyət qarşısında qiymətləri süni olaraq daha da aşağı endirirlər. Bunu etməsələr, xarici şirkətlər bazarı tam ələ keçirərlər. Bu, artıq inhisarçılıqdır. Onlar bir neçə ölkədə fəaliyyət göstərdikləri üçün digər ölkələrdən də qazanc əldə edirlər. Yerli şirkətlər qiyməti endirdikdən sonra bunun çətinliyi sürücülərin üzərinə düşür. Onlar yanacağı və digər xərcləri çıxartmaq və qazanc əldə etmək üçün daha uzun müddət işləməyə məcbur olurlar. Bəzi insanlar bunu sağlam rəqabət kimi təqdim edirlər. İctimaiyyətdə belə bir fikir var ki, pandemiyadır, insanlar işləyə bilmir. Heç bir işə əli çatmayan kreditə avtomobil götürüb taksi xidməti ilə məşğul olur. Qeyri-peşəkar şəxslərin sərnişindaşıma ilə məşğul olması, sərnişinlərin təhlükəsizliyi üçün risk yaradır”.

Hikmət Babayevin ən diqqətçəkən və etiraz doğuran fikri isə bunlar olub: "Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil".

Osman Gündüz: “Bu təfəkkürlə edəcəklərsə...”

 

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu açıqlamanı heyrətlə qarşıladığını deyir: "BNA rəsmisi Hikmət Babayev deyib ki, taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Nə deyim... Hərdən çox çətin olur anlamaq. Əgər BNA bütün xidmətlərini, nəqliyyatın intellektual tənzimlənməsini bu yanaşma ilə, bu təfəkkürlə edəcəksə, onda gərək biz indidən işimizi bilək.

Düşünrəm ki, BNA rəhbərliyi öz əməkdaşının açıqlamasına ciddi reaksiya verməlidir. Buna aydınlıq gətirilməlidir ki, nə demək istəyib? Doğrudanmı o, məlum məsələ ilə bağlı BNA-nın mövqeyini açıqlayıb?”

Ərşad Hüseynov: “Öncə şirkətlərin hüquqi statusu müəyyən edilməlidir”

Nəqliyyat sektoru üzrə tanınmış ekspert Ərşad Hüseynov bildirib ki, Agentliyin yanaşmasını doğru saymır. O hesab edir ki, vahid qiymət, kvota və dispetçer kimi məsələlərə ehtiyac yoxdur. "Ehtiyac olsa belə, onlar taksi xidmətlərində nizam-intizamın yaradılması, keyfiyyətin yüksəldilməsi istiqamətində atılacaq addımların ən sonuncularıdır. İlkin addım qanuni fəaliyyətin təmin olunmasıdır", - ekspert vurğulayıb. 

Ə.Hüseynov bildirir ki, ölkədə təxminən 30 minə qədər taksi fəaliyyəti ilə məşğul olan şəxs olsa da, onlardan cəmi 1500 nəfəri fərqlənmə nişanı alıb.

 

 

Ekspert hesab edir ki, bu proses tədricən həyata keçirilməlidir: "Qanunvericiliklə nəzərdə tutulmuş sürücülərin xüsusi hazırlığının keçirilməsi, taksi avtomobillərinə dair tələblər həyata keçirilməli və s. Belə edilsə, taksi fəaliyyəti ilə peşəkar məşğul olan şəxslərin sayı dəqiqləşəcək və stabilləşəcək. Bununla da taksi fəaliyyətində leqallıq təmin olunacaq".

Ə.Hüseynov qeyd edir ki, ümumi şəhər üçün taksilərinə vahid dispetçer mərkəzi lazım deyil. "Çünki bu xidmət növü sərbəstdir, taksilərin müəyyən olunmuş hərəkət qrafiki yoxdur və s. Bunu yalnız daşıyıcı şirkətlər özləri təşkil edə bilər. Şəhər üçün taksilərlə bağlı vahid məlumat bazası yaradıla bilər ki, bu da deyilən mənada dispetçer xidməti deyil. Həm də dispetçer xidməti külli miqdarda dövlət vəsaitinin xərclənməsi deməkdir. BNA dispetçer xidməti deyərkən sürücü ilə sərnişini əlaqələndirən aqreqatorluğu nəzərdə tutursa, burada vahid mərkəzin yaradılması düzgün deyil, hətta təhlükəlidir. Çünki bu məsələ sonda inhisarçılıq ilə nəticələnəcək. Vurğulanır ki, hazırda aqreqator sürücüləri istismar edir. Şübhəsiz ki, cəmi bir aqreqator olarsa, sürücülərin istismarı daha rahat olar. Alternativ olmadığı üçün öz şərtlərini diqtə edə bilər. Odur ki, buna yol vermək olmaz. Rəqabət mühiti saxlanmalıdır. Həmçinin bəzən şikayətlər olur ki, müxtəlif xarici şirkətlər, hətta erməni şirkətləri burada fəaliyyət göstərir. Öncə bu şirkətlərin hüquqi statusu, onların bazarda iştirak qaydaları müəyyən edilməlidir".

 

 

Vahid tarif məsələsinə münasibət bildirən Ə.Hüseynov, “Tənzimlənən qiymətlər haqqında” Qanunu yada salır: "Bu Qanunda qiymətlərin dövlət tərəfindən tənzimlənməsinin prinsipləri və tənzimləmənin tətbiqi dairəsi var. Taksi ilə sərnişindaşıma bu prinsiplər altına düşmür və tənzimlənən qiymətlər dairəsinə aid edilmir. Yəni taksi xidməti tarifinin tənzimlənməsinin nə iqtisadi, nə də sosial əsaslandırılması yoxdur. Həm də bu ideyanı ortaya atanların arqumenti yanlışdır. Söyləyirlər ki, qiymətləri tənzimləməklə taksi sürücülərinin qayğısına qalmaq istəyirlər. Birincisi, bunun səmimiliyi şübhəlidir. İkincisi, bunu deyənlər unudurlar ki, bu tipli məsələlərdə dövlət qiymətin yuxarı həddini müəyyən edir. Məsələn Tarif Şurası avtobusda gediş haqqının yüxarı həddini müəyyən edib. Hansısa sahibkar bu gün istəsə və buna imkanı olsa, sərnişini daha aşağı qiymətə daşıya bilər".

Hüquqşünas qeyd edib ki, qiymət məsələsini əslində bazarın özü tənzimləməlidir. Ə. Hüseynov Bakıda taksi fəaliyyətinin həddindən artıq pərakəndə olması ilə bağlı BNA rəhbərliyinin fikirlərinə münasibət bildirərkən qeyd edib ki, bu vəziyyət tələbatdan irəli gəlir: "Çünki ictimai nəqliyyat sərnişin sıxlığına yetərli və əlçatımlı deyil. Bu səbəbdən insanların getmək istədikləri istiqamətlər üçün ən yaxşı nəqliyyat taksilərdir. Fikrimcə, ilk növbədə Bakıda ictimai nəqliyyatın problemləri həll olunmalıdır".(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam