Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Taksi şirkətlərinin “ekonom” və “təcili” oyunu

 

Taksi şirkətləri yeni oyuna başlayıblar. Məsələn, əlavə ödəniş “ideyası” düşünüb tapan *5550 taksi şirkəti artıq zəngləri “ekonom” və “təcili” olaraq qəbul edir.

Yenixeber.org: Bu taksi şirkətinə sifariş üçün zəng edilən zaman operator müştəridən “ekonom”, yoxsa “təcili” taksi istədiyini xəbər alır.

Bu iki xidmətin bir-birindən fərqi isə taksinin gəlmə vaxtında və qiymətindədir.

Belə ki, müştəriyə taksi əgər təcili lazımdırsa, şirkət ona yaxınlıqda olan taksilərdən birini təyin edir və göndərir. Bu zaman, “taksi təcili təyin edildiyi üçün” müştəridən əlavə ödəniş tələb edilir. Məsələn, 5 manatlıq yol üçün 6,5-7 manat istənilir. Bu barədə də əvvəlcədən müştəriyə məlumat verilir.

Müştəri əgər “ekonom” taksi sifariş verirsə, taksinin gəlməsi bir qədər gecikir. Belə ki, Bakıxanov qəsəbəsinə taksi sifariş verirsiniz, taksi təyin edilir və məlum olur ki, təyin edilən taksi hazırda Masazır qəsəbəsindədir. Bu da o deməkdir ki, müştəri sifariş verdiyi “ekonom” taksini ən az 30 dəqiqə gözləməli olacaq.

Bu xidmətin qiyməti hazırki standarta uyğun olsa da, gəlmə vaxtı həddindən artıq gecdir. Taksini adətən getdiyimiz ünvana daha tez çatmaq, gecikməmək üçün sifariş verdiyimizi nəzərə alsaq, şirkətin belə bir addımını “tələ” və ya “oyun” adlandıra bilərik.

Sözügedən şirkətdən isə bildirilib ki, yeni qayda müştəriləri getdiyi ünvana daha tez çatdırmaq, müştəri məmnuniyyəti üçün nəzərdə tutulub.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam