Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ermənistana şimal zərbəsi, “şimal cəbhəsi” -Bakı Moskvanı dinləməsəydi...

Rusiya üçün “qulpsuz çamadan”ı daşımaq çətinləşir və getdikcə daha bahalı məşğuliyyətə çevrilir; erməni mediası: “Moskvanın mesajını düz anlamalıyıq...”

Yenixeber.org: İşğalçı Ermənistanın 12 iyul sərhəd təxribatı onun Rusiya ilə münasibətlərini məxsusi sınağa çəkdi. Ancaq atıq bu, reallıqdır ki, sınağın nəticəsi rəsmi İrəvan üçün, Nikol Paşinyan hökuməti üçün neqativ oldu. Moskva bölgədəki yeganə satellitinin israrına və inadına rəğmən, nəinki ondan öz hərbi-siyasi dəstəyini əsirgədi, üstəgəl, Rusiya ərazisində Ermənistana qarşı soydaşlarımızın iqtisadi müharibəsinə göz yumdu. Halbuki bunu asanca önləyə bilərdi, çünki Rusiya avtoritar idarəçiliyə malik ölkədir və belə vəziyyətlərdə dövlətin birinci şəxsinin mövqeyi həlledici olur.

Hər iki halda baş verənlər Kremlin Ermənistanın hazırkı hakimiyyətinə münasibətini bariz şəkildə təsdiqləyir. O da aydın olur ki, Rusiya Paşinyandan xoşlanmasa da, enində-sonunda “qulpsuz çamadan”ı - Ermənistanı atıb getmək də istəmir. Ona görə ki, işğalçı ölkə Moskvanın regionda yeganə, legitim hərbi qalası olaraq qalır. Təsadüfi deyil ki, ermənilərə qarşı iqtisadi müharibə çox sürmədi, Moskvanın “yüngül əli” və xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə yoluna qoyuldu. Təbii ki, birbaşa prezident V.Putinin təlimatı əsasında.

*****

Rusiya öz ərazisində Ermənistana qarşı “ikinci cəbhə” açmaqla, daha doğrusu, buna rəvac verməklə, sübhə yox ki, hər şeydən öncə nankor Paşinyan iqtidarına və işğalçı ölkəyə öz təsir rıçaqlarının nə dərəcədə çeşidli olduğunu anlatmaq və ona yerini göstərmək istəyib. O işğalçı ölkə ki, sərhəd olaylarınadək orada Paşinyan hökumətinin birbaşa xeyir-duası ilə və iqtidaryönlü media vasitəsilə anti-Rusiya ovqatının yeni dalğası başlamış, Rusiya telekanallarının ölkə ərazisində yayımını yasaqlayan qanun layihəsi 1-ci oxunuşdan keçmişdi, Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının ölkədən çıxarılması çağırışları xeyli artmışdı.                   

Amma Azərbaycanla sərhəddə hərbi toqquşma başlayan kimi, ciddi itkilər verən kimi Ermənistan rəhbərliyi Rusiyaya, KTMT-yə (“Rus NATO-su”) üz tutmağa, yalvarmağa başladı. İki gün öncə isə Azərbaycan ərazisində Türkiyə ilə genişmiqyaslı hərbi təlimlərin başlanmasından xofa düşən düşmən tərəf yenə məhz ən əvvəl Rusiyaya müraciət edib: müdafiə naziri David Tonoyan xarici ölkələrin səfirləri ilə bir-bir görüşlər keçirib və ilk görüş İrəvandakı Rusiya səfiri və onun hərbi attaşesi ilə olub.

Qayıdaq “ikinci cəbhə” məsələsinə.

Rusiya onu durdurdu, daha doğrusu, genişlənməsinə imkan vermədi. Ancaq müvəqqəti. 2016-cı ilin aprelindəki “4 günlük müharibə”dəki  kimi Bakı yenə Moskvanın sözünü yerə salmadı, onu dinlədi. Ancaq günün birində Kreml bu xahişi Bakıdan etməyə də bilər. Müxtəlif səbəblərdən.

Rusiya-Ermənistan ikitərəfli təhlükəsizlik əməkdaşlığı mövcuddur"

Əvvəla, Rusiya üçün “qulpsuz çamadan”ı daşımaq getdikcə çətinləşir və daha bahalı məşğuliyyətə çevrilir. Rusiyanı isə post-pandemiya dövründə böyük maliyyə-iqtisadi sıxıntılar gözləyir. Yəni qənaət rejimi məsələsi.

İkincisi, Moskva məlum olaylar zamanı Türkiyə dövləti və rəhbərliyinin olduqca sərt, Azərbaycana birmənalı dəstək, Ermənistana isə xəbərdarlıq bəyanatlarını görməzlikdən gələ bilməz. Fakt budur ki, Qarabağ məsələsinin uzanması inkişafda olan Ankara-Moskva strateji tərəfdaşlıq əlaqələrini də təhdid etməyə başlayıb. Ərdoğanla Putinin son telefon danışığı həm də bu əndişədən qaynaqlanırdı. Ancaq ixtilafın çözümü baş tutsa, yaxud problemin həllində ciddi dönüş yaransa, o zaman Gümrüdəki bazaya da xüsusi lüzum qalmaz, Rusiya bütövlükdə Ermənistanı saxlamağa yönəlik xərcləri kəskin azaldar. 

*****

File:Kreml-Roter-Platz-Moskau.jpg - Wikimedia Commons

Deyəsən, Moskvadan verilən son mesajları İrəvanda indi-indi anlamağa başlayıblar.

“Bu, doğrudanmı Ermənistan hakimiyyətinə verilən mesaj idi? Hər halda Moskvadakı azərbaycanlılara məxsus iri ticarət mərkəzləri bu məsələdə müstəqil addım ata bilməzdilər, əgər yuxarıların ən azından neytrallığı və ya susqun razılığı, yaxud dolayı göstərişi olmasaydı”.

Bu sözləri erməni siyasi texnoloq Armen Bədəlyan 1in.am portalına açıqlamasında deyib.

Rusiya Ermənistan “obezyanlarına” qadağa qoydu » RUBLIKA.AZ

Sözünə davam edən erməni şərhçi bildirib: “Bəlkə bu, bir mesaj idi. Yəni ki, bu dəfə biz (Rusiya - red.) qarşısını alırıq, ancaq həmişə belə olmayacaq. Bu isə Ermənistan bazarı üçün ciddi itki olardı. Çünki Ermənistanın kənd təsərrüfatı məhsullarının çox hissəsi Rusiyada istehlak edilir. Əgər bu sahədə də problemlər yaransa, o zaman Ermənistanda onsuz da çətin olan iqtisadi vəziyyət kənd təsərrüfatı baxımından daha da ağırlaşacaq”.

Bədəlyan məsələyə iki kontekstdən baxmağı vacib hesab edir: “Birincisi, Rusiya səlahiyyətliləri vəziyyətin qarşısını ala bilərdilər və aldılar. Bu faktdır. İkinci kontekst budur ki, bu dəfə onlar əngəllədilərsə, başqa dəfə bunu etməyə bilərlər. Unutmayaq ki, Rusiyada yüz minlərlə erməni yaşayır və onların təhlükəsizliyi əsas götürülərək, hamısı geri qaytarıla bilər. Üstəlik, müxtəlif iqtisadçıların fikrincə, payızda işsizliyin artması gözlənilir. Yəni problem həm qapanıb, həm də yox. Bunu da biz mesaj kimi qəbul etməliyik”, - deyə sonda erməni ekspert əlavə edib.

*****

Beləcə, ehtimal etməyə əsas var ki, Rusiya “cücələri payızda sayacaq”. Paşinyan hökumətini yeni sürprizlər gözləyə bilər...
“Yeni Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam