Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kreml emissarının kritik İrəvan səfəri, Bakının ABŞ üçün artan önəmi

Patruşev getdi, suallar qaldı - mühüm gəlişmə; Putinin Ermənistan səfəri öncəsi Paşinyan ABŞ-a niyə gedir, Moskva Ermənistan hökumətində “təmizlənmə”yə nail ola biləcəkmi?...

Yenixeber.org: Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 22-də ABŞ-a səfərə gedəcək. Bundan cəmi 10-15 gün sonra - oktyabrın əvvəllərində Rusiya prezidenti Vladimir Putin Ermənistana gələcək (Türkiyə lideri R.T. Ərdoğan isə oktyabrda Bakıda olacaq). Görünür, hələ də “iki stul” siyasətinə ümidli olan Paşinyan Putinlə görüşdən öncə Amerikaya baş çəkmək zərurəti duyub, bir daha Moskva qarşısında özünü “qərbçi” kimi göstərmək ehtiyacı hiss edib - təbii ki, Rusiyadan əlavə nəsə qopartmaq naminə.

Ermənistandakı “məxməri inqilab”dan sonra İrəvana ilk dəfə səfər edəcək Putinin orada nələri müzakirə edəcəyi, hansı bəyanatlar verəcəyi, təbii ki, Azərbaycan üçün xüsusi önəm kəsb edir. Çünki Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir, işğalçı ölkədir, Rusiya isə onun 1 nömrəli hərbi-siyasi müttəfiqi, eyni zamanda ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri, Ermənistan isə Kremlin bölgədəki yeganə legitim forpostudur.

Böyük ehtimalla, İrəvanda tərəflər arasında təbii qazın qiyməti ilə bağlı da müzakirə olacaq. Paşinyan hökuməti üçün bu məsələ indi olduqca mühüm önəm daşıyır, oktyabr isə qışın astanası hesab olunur. İstisna deyil ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev məhz Putinin tapşırığı əsasında bu günlərdə İrəvana baş çəkib və hədəf həm də səfər öncəsi Ermənistanda, bölgədə situasiyanı dəqiqləşdirmək olub.

*****

Moskva hÉlÉ dÉ Nikol PaÅinyan ile ilgili görsel sonucu

Gerçək belədir ki, Moskva hələ də Nikol Paşinyan və komandasına ürək qızdırmır. Hərçənd erməni baş nazir inam-etimadın yaranması üçün ilk baxışda hər şeyi edir; verdiyi vədlərə rəğmən, Rusiyanı qəzəbləndirəcək heç bir addım atmır, əksinə, tənqid elədiyi sələflərindən, Qarabağ klanından da çox Rusiyaya yaxınlaşma kursu aparır, hətta Rusiyanın istəyi ilə Suriyaya humanitar missiya göndərir - hansı ki, ABŞ-ın sərt reaksiyasına səbəb olmuşdu.

“İrəvan-Moskva münasibətlərində bəzi qaranlıqlar qalır - baxmayaraq ki, Ermənistan rəhbərliyi nümayişkaranə şəkildə Kremlə bir sıra jestlər edib, Suriyaya humanitar missiya göndərib, Gürcüstandakı NATO təlimlərindən imtina edib, ”Avrasiyayönlü" bəyanatlar verib və s".

Bunu erməni siyasi texnoloq Armen Bədalyan Patruşevin İrəvan səfəri və Ermənistan-Rusiya münasibətlərini “Sputnik”ə şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistanda son hakimiyyət dəyişikliyi inqilab nəticəsində baş verib ki, Rusiya da inqilablara ehtiyatlı yanaşır.

“Moskvada, şübhəsiz ki, Ermənistanda yaşananları ”rəngli inqilab" hesab eləmirlər. Ancaq bununla belə, müəyyən sıxıntı qalır. Üstəlik, rəsmi İrəvanın uzunmüddətli inkişaf strategiyasını, uzunmüddətli vektoru təqdim eləməyə hazır və ya həvəsli olmaması da belə bir anlaşılmazlığı yaradır. İstənilən halda baş nazir Nikol Paşinyan əlindən gələni edir ki, Rusiyanın etimad və dəstəyini qazansın", - deyə o söyləyib.

Bədəlyanın nəzərincə, Ermənistanın hazırkı hakimiyyəti sələflərindən də güclü Rusiyayönlü kurs həyata keçirir. Erməni şərhçi istisna etmir ki, zamanı gəlincə Ermənistan hökuməti Rusiya rəhbərliyi üçün daha proqnoza yatımlı olacaq. “Xüsusən də o halda ki, Paşinyan keçmişdə anti-Rusiya mövqeyi ilə tanınmış bəzi kadrları həlledici postlardan uzaqlaşdırarsa”, - deyə o əlavə edib.

*****

PatruÅev Armenia ile ilgili görsel sonucu

Mümkündür ki, Nikolay Patruşevin təzəcə başa çatan İrəvan səfərində bağlı qapılar arxasında bu məsələyə də toxunulub. Bütün hallarda müşahidələr göstərir ki, Moskva “qərbyönlü” Paşinyan hökumətini öz orbitində saxlamaq üçün hər şeyi edəcək. Lazım gəlsə, qış öncəsi qaz şantajına da gedəcək.

Əslində Paşinyanın özü də Rusiyadan uzaqlaşmaq tövrü nümayiş etdirmir, nədə ki, Qərb - ABŞ və Avropa Birliyi iki ildir israr edir və yalnız o halda Ermənistana maddi dəstək vəd edir.    

USA Azerbaijan ile ilgili görsel sonucu

Diqqətçəkəndir ki, bu fonda Qərbin, ABŞ-ın Azərbaycana maraq və simpatiyası artmaqdadır. Son illər Vaşinqtonun İrəvana və separatçı rejimə yardımları kəskin azaltması, Bakıya isə artırması, iki Ermənistan şirkətinin ABŞ-ın “qara siyahı”ya salınması qənaətimizi gücləndirir.

Bu da təbiidir. Rəsmi Bakı hər halda uğurlu şəkildə balans siyasətinə üstünlük verir, ən əsası, Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyanın satelliti, “süni peyk”i deyil. Üstəgəl, ölkəmizin əlverişli coğrafi mövqeyi, Qərblə Şərq arasında unikal körpü olması reallığı var. Bundan əlavə, ölkəmiz Avropa üçün təkcə mühüm neft-qaz tədarükçüsü deyil, həm də Orta Asiya ölkələri üçün “Avropaya pəncərə”dir.

Başqa mühüm gəlişmə və yeni reallıqlar da var. Məsələn, ABŞ-ın ağır sanksiyalarının təsiri altında olan İrana görə də Azərbaycanın Qərb üçün, özəlliklə Vaşinqtondan ötrü müstəqil ölkə qismində önəmi artmaqdadır. Elə İranın özü üçün də. Balanslı siyasət bu önəmi artırır ki, azaltmır. Bu xüsusda Ermənistan qat-qat qəliz durumdadır və çətin ki, Paşinyanın ABŞ səfəri bu reallığı dəyişə bilsin... (Yeni Müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam