Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

ABŞ-ın Çinə qarşı soyuq müharibəsi "virusdan daha böyük qlobal təhlükədir"

 

ABŞ və Çin arasında dərinləşən soyuq müharibə dünya üçün koronavirusdan daha böyük bir təhlükə ola bilər, nüfuzlu iqtisadçı Jeffrey Sachs bildirib.

Yenixeber.org: Jeffrey Sachs deyib ki, dünya pandemiyadan sonra "böyük pozuntular içində olan və idarə edilməyən" bir dövrə doğru irəliləməkdədir.

İki fövqəldövlət arasında ziddiyyət bu vəziyyəti daha da dərinləşdirəcək, o xəbərdarlıq edib.

Columbia Universitetinin professoru iki ölkə arasında yaranmış düşmənçiliyə görə günahı ABŞ administrasiyasında görür.

"ABŞ-ın hərəkətləri əməkdaşlıq deyil, parçalanma doğurur, - Jeffrey Sachs deyib. - Bu cür hərəkətlər davam edərsə, normal vəziyyətə qayıtmayacağıq, daha böyük ziddiyyətlər və daha böyük təhlükə ilə üzləşəcəyik".

                                         Gərginlik artır

Jeffrey Sachs-ın şərhləri, ABŞ və Çin arasındakı gərginliyin yalnız ticarət deyil, bir neçə istiqamətdə böyüdüyü bir dövrə təsadüf edib.

Ötən həftə prezident Trump Çinin Sincan bölgəsində müsəlmanların təqibinə cavabdeh olan rəsmilərə qarşı ABŞ sanksiyalarının tətbiq edilməsinə yol açan qanun imzalayıb.

Wall Street Journal-a verdiyi müsahibəsində prezident Trump Çinin virusu bilərəkdən yaydığı ehtimalını istisna etməyib. Trump-ın qənaətincə, Çin bunu dünyanın rəqabətli iqtisadiyyatlarına zərbə vurmaq üçün edə bilərdi.

           

 ABŞ Huawei şirkətinə Amerika texnologiyalarından istifadə etməyi yasaqlayıb

Trump administrasiyası Çin şirkətlərini, xüsusən də Çin telekommunikasiya nəhəngi Huawei-i hədəfə alıb. Washington deyir ki, həmin şirkət Pekinə öz müştərilərinə qarşı casusluq etməkdə yardım göstərir. Çin və Huawei şirkəti bu ittihamları rədd edir.

Ancaq keçmiş Milli Təhlükəsizlik Müşaviri John Bolton-un yeni bir kitabında qeyd olunduğu kimi, Çinə və Huawei-yə qarşı sərt mövqeyi prezident Trump-ın yenidən seçilmək üçün siyasi oyununun bir hissəsi ola bilər.

Professor Sachs Huawei-in hədəfə alınmasının heç zaman yalnız təhlükəsizlik ilə bağlı olmadığı ilə razılaşır.

"ABŞ yeni rəqəmsal iqtisadiyyatın vacib bir hissəsi olan 5G texnologiyası ilə addımlaşa bilmir. Huawei-in isə dünya bazarlarında çəkisi getdikcə daha çox artırdı, - o deyir. - ABŞ, mənim fikrimcə, Huawei-in qlobal bir təhlükə olduğunu uydurub. Müttəfiqlərinin Huawei ilə münasibətlərini pozmaq üçün ABŞ onlara böyük təzyiq göstərib".(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam