Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Dünya böhranı -elan edildi

Dünya böhranı elan edildi
İnvestisiya bankları Goldman Sachs və Morgan Stanley qlobal böhranın başladığını elan ediblər.
Yenixeber.org: Analitiklərin fikrincə, indi söhbət tənəzzülün dərinliyindən və onun nə qədər davam edə biləcəyindən gedir.

Morgan Stanley-in iqtisadçısı Çetan Ahya deyib ki, tənəzzülü 2020-ci ildə qlobal iqtisadiyyat üçün baza ssenarisi kimi görür. İlin nəticələrinə görə, onun artımı 0,9 faizdən çox olmayacaq. Goldman Sachs şirkətindən Jan Hatzius'a görə isə qlobal ümumi daxili məhsulun (ÜDM) artımı 1,25 faizə çatacaq.

S&P reytinq agentliyi artımın 1-1,5 faiz arasında olacağını proqnozlaşdırır. Agentliyin fikrini öyrəndiyi bütün ekspertlər, qlobal böhranın ÜDM-in 0.8 faizə enməsinə səbəb olduğu 2008-ci ildəki vəziyyətlə müqayisədə tənəzzülün daha az olacağını bildiriblər. Ancaq təsiri 2001-ci ildə partlayan “iqtisadi köpük” və 1990-cı illərin əvvəlindəki böhran dövründə olduğundan daha çox hiss olunacaq.

Nəşr həmçinin qeyd edir ki, analitiklərin çoxsaylı mənfi proqnozları müxtəlif ölkələrin maliyyə orqanlarını istehsalçılara və kiçik müəssisələrə daha çox dəstək tədbirləri göstərməyə təşviq etməlidir.

Müəlliflər qeyd edirlər ki, artan böhrana hələlik heç də bütün hökumətlər və mərkəzi banklar reaksiya vermirlər. Bu mənada baza payını, demək olar ki, sıfır səviyyəsinə qədər azaltmış ABŞ-ın Federal Ehtiyat Sistemi təcili ölçülər qəbul etmiş azsaylı tənzimçilərdən biri oldu. (Virtualaz.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam