Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

“Kreml xəyalpərəstləri”nin arzuları tərs çıxdı:ABŞ çökmək əvəzinə böyüyəcək

 

 Koronavirus pandemiyasının dünya düzənini dəyişəcəyi haqqında ehtimalların artdığı bir zamanda “Amerika hegemonluğu”nun sonunun gələcəyi, ABŞ-ın bir neçə hissəyə bölünəcəyi haqqında “Kreml xəyalpərəstləri”nin arzularını əks etdirən yazılar da Rusiya mətbuatında çoxalmağa başladı.

Yenixeber.org: Bu haqda politoloq Xaqani Cəfəreli özünün FB səhifəsində yazıb:

“Kreml xəyalpərəstləri”nin diqqətini daha çox cəlb etməyə çalışanların bəziləri hətta ABŞ-ın qaçılmaz çöküşü ilə Alyaskanın nəhayət “dogma limana" - Rusiyaya qayıdacağı haqqında fikirlər səsləndirməkdən də çəkinmirlər. Rusiyanın “vətənpərvər” mətbuatında ABŞ-ın çöküşündən sonra bu çoxrafiyanın “yeni” düzəninin çoxsaylı “xəritə”ləri də yayılır.

Özünü vətənpərvər hesab edən, Kremldən idarə olunduğu heç bir şübhə doğurmayan həmin media orqanlarının ABŞ-ın qaçılmaz çöküşü ilə bağlı uydurmalarının yaxın zamanlarda gerçəkləşə biləcəyini təsdiqləyən heç bir əsas yoxdur.

Əksinə olaraq koronavirus pandemiyasının təsiri ilə yaranmış iqtisadi tənəzüllün nəticələrini aradan qaldıraraq yenidən inkişaf mərhələsinə daxil olacaq ilk ölkə ABŞ hesab olunur. Almaniya, Yaponiya,Böyük Britaniya və Çin bu məsələdə də ABŞ-dan geridədirlər. Rusiya isə hətta ilk onluğa da daxil deyil.

“Kreml xəyalpərəstləri”nin və onların arzularının ifadəçələri olan “vətənpərvər” mətbuatın kefini pozan daha bir xəbər isə Puerto Rikodan gəldi.

Puerto Riko ABŞ-ın 51-ci Ştatı olmaq üçün noyabrın 3-də referendum keçirəcək. Qubernator xanım Vanda Vaskes Qarsedın imzladığı qanuna uyğun olaraq keçiriləcək bu referendum Puerto Rikonun ABŞ-ın tərkibinə daxil olmaq üçün altıncı cəhdi olacaq. Bundan əvvəlki referendumlarda Puerto Riko sakinləri ABŞ-ın tərkibinə daxil olmaq niyyətlərini təsdiqləsə də, ABŞ Konqresi bu adanın Birləşmiş Ştatların 51-ci Ştatı olması haqqında qərar qəbul etməmişdi.

Ehtimal olunur ki, dünyada yaranmış yeni geosiyasi vəziyyət konqresmenlərin fərqli qərar qəbul etməsinə səbəb olacaq. Belə görünür ki, “Kreml xəyalpərəstləri”nin arzuladıqları kimi ABŞ çökməyəcək,əksinə böyüyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam