Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kəmaləddin Heydərovun dostu terrorizmdə ittiham olunur-İDDİA

 

Yenixeber.org: Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu terrorizmdə ittiham olunur. Bu haqda siyasi şərhçi Xaqani Cəfərli özünün fb səhifəsində yazıb:

"Fövqəladə hallar nazirimiz, general-polkovnik Kəmaləddin Heydərovun Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə yaxın dost olması haqqında bu günə kimi ölkə mətbuatında çoxsaylı məlumatlar dərc olunub. Həmin məlumatlar təkzib edilmədiyi üçün bu iki şəxs arasında dostluq münasibətlərin şübhə altına almağa əsasımız yoxdur. Bu iki şəxs arasında dostluq münasibətlərinin olması ilə bağlı ölkə mətbuatında yayılan ən son mlumatda o da qeyd edilir ki, Şoyqu ilə Heydərovu bir çeçen vasitəsi ilə hazırda fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyev tanış edib. Bu məlumat da təkzib edilmədiyi üçün həqiqət kimi qəbul edə bilərik.
Rusiyanın hakim dairələrində ən qüdrətli üç şəxsdən biri hesab olunan, bəzi politoloqlar tərəfindən Putinin varisi hesab olunan Rusiya Müdafiə naziri Şoyqu ilə yaxın dostluq bu günə kimi “fövqəlnazir” Kəmaləddin Heydərovun xeyrinə işləyirdi. Siyasi dairələrdə hətta Heydərovun Şoyqunun dəstəyi ilə hakimiyyətə gələ biləcəyi ilə dedi-qodular da var.
Ancaq belə görünür ki, Şoyqu ilə dostluq bundan sonra Heydərova ancaq problem yarada bilər. Bundan əvvəlki statuslarımın birində qeyd etdiyim kimi Şərti adı Haaqa Məhkəməsi olan BMT-nin ali məhkəmə orqanı Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasını icraata qəbul edib.
Rusiyanı Ukrayna ərazisində terror aktları törətməkdə ittiham edən məhkəmə iddiasını rəsmi Kiyev 2017-ci ilin yanvarında qaldırmışdı. Ümumilikdə 17500 səhifədən,29 cilddən ibarət məhkəmə iddasında Kiyev Moskvanı Ukrayna ərazsində bir sıra terror aktlarının həyata keçirilməsində iştirakda ittiham edir. 90 kq çəkisi olan məhkəmə iddiasında Kiyev Beynəlxalq Ədalət Məhkəməsindən Ukrayna ərazisində terror altı törətmiş və ya törədənləri müdafiə edən bütün silahlı birlərşmələrin ölkə ərazsindən dərhal çıxarılmasının təmin edilməsi, terrorizmi maliyyələşdirməkdə ittiham etdiyi Sergey Şoyqu, Vladimir Jirinovski, Sergey Mironov və Gennadi Zyüqanovun cinayət təqibinə başlanılması, eləcə də MH17 sərnişin təyyarəsinin məhv edilməsi başda olmaqla bütün terror aktlarına görə kompensasiyanın ödənilməsi öz əksini tapıb.
Göründüyü kimi terrorizmi maliyyələşdirməkdə ittiham olunanlar arasında Kəmaləddin Heydərovun dostu kimi təqdim olunan Sergey Şoyqunun da adı var. Sergey Şoyquya yönəlik ittihamın isə belə görünür ciddi əsasları var. MH17 sərnişin təyyarəsinin məhv edilməsini araşdıran Beynəlxalq İstintaq Qrupu (JIT) Sergey Şoyqunun adı keçən səs yazılarını yayıb. Bu səs yazılarında Ukraynanın separtçı bölgələrində silahlı birləşmələrə rəhbərliyin Sergey Şoyqunun səlahiyyətləndirdiyi şəxslər tərəfindən həyata keçirildiyi öz əksini tapıb.
Gələn il Ukraynanın Rusiyaya qarşı iddiası əsasında məhkəmə prosesi ilə yanaşı MH17 sərnişin təyyarəsinin məhv edilməsi ilə bağlı ikinci bir məhkəmə də prosesi başlayacaq. Hər ikisi Haaqada keçiriləcək bu iki məhkəmə prosesinin hüquqi nəticələri isə çox ciddi siyasi nəticələr doğuracaq. Buna görə yaxşı olar ki, fövqəladə hallar nazirimiz Kəmaləddin Heydərov Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə yaxın dost olması haqqında bundan sonra yayılan məlumatları rəsmən təkzib etsin. Əks halda terrorizmdə ittiham olunan Şoyqunun dostunun Azərbaycanda Fövqəladə Hallar Nazirliyi kimi strateji bir nazirliyə rəhbərlik etməsi siyasi və mənəvi cəhətdən mümkünsüz hala gələcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam