Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Təhsil kreditləri haqqında" qanun layihəsi hazırlanacaq

Təhsil haqlarının ödənilməsi ilə bağlı ayrıca qanun layihəsinin qəbulunu məqsədəuyğun hesab edirik. Bununla bağlı hazırda “Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanması gündəmdə olan əsas vacib məsələlərdəndir.

Yenixeber.org:   Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxış edən komitə sədri İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, komitəyə daxil olan müraciətlərin böyük hissəsi tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı olub:

“Təhsil haqlarının ödənilməsi ilə bağlı xüsusi qanun layihəsinin hazırlanmasını zəruri sayırıq. Bu istiqamətdə iş aparırıq. “Ali təhsil haqqında “qanun layihəsini bitirdikdən sonra “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq. Artıq Təhsil Nazirliyi, müvafiq nazirliklər ilə müəyyən söhbətlər aparırıq. Təhsil Nazirliyi bu istiqamətdə öz təkliflərini də hazırlayıb Maliyyə Nazirliyinə təqdim edib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam