Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri erməniləri ifşa edib -VİDEO

 

 

Yenixeber.org: Varşava şəhərində keçirilən ATƏT-in 2019-cu il İnsan ölçüsü üzrə İmplementasiya Görüşünün qaçqınlar və məcburi köçkünlərin hüquqlarının da müzakirə olunduğu 20 sentyabr tarixli “Humanitar məsələlər və digər öhdəliklər“ sessiyası zamanı Ermənistan nümayəndə heyəti prosedur qaydalarından sui-istifadə edərək Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin çıxışının qarşısını almağa cəhd edib. 

İcmadan redaksiyamıza daxil olan məlumatda deyilir ki, Ermənistan nümayəndəsi T.Gəncəliyevin iclasda iştirak üçün qeydiyyatının aydın olmadığını iddia edərək, ona çıxış üçün söz verilməməsini tələb edib. Azərbaycan nümayəndə heyətinin izahı və tədbirin təşkilatçısı qismində ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar üzrə Bürosunun məsələ ilə bağlı Ermənistan nümayəndəsinə aydınlıq gətirməsi ilə T.Gəncəliyevə yenidən çıxış üçün söz verilib. 

Lakin, Ermənistan nümayəndəsi verilmiş izahata baxmayaraq, ikinci dəfə T. Gəncəliyevin çıxışına mane olmağa cəhd edib və bu cəhdi də uğursuz olub. 

Belə ki, sessiyanın moderatoru T.Gəncəliyevin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri qismində qeydiyyatdan keçdiyini və bu statusda çıxış etdiyini bildirərək, ona söz verib. Tural Gəncəliyev tutarlı faktlarla erməniləri ifşa edib, onların işğalçı olduğunu, beynəlxalq təşkiları həmişə aldatmağa cəhd etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam