Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması - 751 avroparlamentariyə məktub göndərib

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın üzvləri Avropa Parlamentinin 751 deputatına məktub göndərib. 

Yenixeber.orgİcmadan verilən məlumata görə, məktubda icma üzvləri Avropa Parlamentində təmsil olunan deputatlara azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası və qorunması, onların öz yurdlarına geri dönməsi istiqamətində qətiyyətli qərarlar qəbul edəcəyinə və ədalətli mövqe göstərəcəklərinə dair əminliklərini bildiriblər.

“Dünyada qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının arxa plana keçirildiyi bir vaxtda, siz, Avropa Parlamentinin deputatları bu ali vəzifənin icrasına başlamısınız. Çox təəssüflər olsun ki, müasir dünyada insan hüquqlarının bir çox nailiyyətlərinin zorakı hərəkətlərlə pozulduğunu müşahidə edirik. Bu çətin dövrdə Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən azərbaycanlı məcburi köçkünlərin insan haqlarının müdafiəsi istiqamətində sarsılmaz iradə nümayişini sizlərdə görmək niyyətindəyik. Biz doğma yurdumuz Dağlıq Qarabağdan və ətraf rayonlardan zorla qovulan, etnik təmizləməyə məruz qalan insanlarıq”, - deyə məktublarda vurğulanıb.

Məktubda həmçinin qeyd olunub ki, insan hüquqları universaldır və Dağlıq Qarabağın azərbaycanlı icmasına münasibətdə seçimli şəkildə həyata keçirilə bilməz: “Bizim vətənimizə qayıtmaq, məhrum olduğumuz əmlakımıza sahib çıxmaq, öldürülməkdən və ya etnik təmizləməyə məruz qalmaqdan qorxmadan ata-baba yurdumuzda ləyaqətlə yaşamaq hüququmuz var. Biz, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Dağlıq Qarabağın erməni icması ilə birlikdə dinc yanaşı yaşamaq niyyətimizi açıq bəyan edirik. Bu baxımdan əminik ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında birbaşa dialoq gələcək sülh və firavanlıq üçün uyğun imkan yaratmağa kömək edəcək. Bu, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və prinsiplər əsasında ədalətli həllinə öz töhfəsini verəcək”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam