Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

28 il öncə may ayında Milli Məclisdə nələr baş verib? - Deputatların şok mövqeyi və TARİXİ FAKTLAR

Parlament sədrinin seçkisi zamanı deputatların mövqeyi necə olub və ya ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlsəydi, Azərbaycan böhrana düşməzdi.

Sabir Rüstəmxanlı: “Biz əgər istəyirik, doğrudan da respublikamızı çətin vəziyyətdən çıxaraq, İsanı mən təklif edirəm...”

Eldar İbrahimov: “...bir halda ki, demokratiyadan danışırıqsa, bugünkü demokratiyada, bugünkü ağır gündə də bu vəzifələri gəlin eksperimentə çevirməyək. Biz çalışaq elə bir adam da alternativ olsun ki, təcrübəli, öz dünya səviyyəsinə görə tanınmış siyasi xadimlərdən bir nəfəri tapaq. Mən alternativ olaraq Heydər Əliyevin namizədliyini irəli sürürəm”

Arif Rəhimzadə: “...Əliyev Heydər Əlirza oğlunun namizədliyi mütləq verilsin və səs-verməyə qoyulsun”

1992-ci il 17 may tarixində Milli Məclisdə nələr baş verib? Parlamentin sədrinin seçkisi zamanı deputatların mövqeyi necə olub?

Yenixeber.org: Həmin tarixdə Milli Məclisdə baş verənlərlə bağlı hazırladığımız yazını diqqətinizə çatdırırıq:

Məlum olduğu kimi, 1992-ci ilin fevralında Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımından sonra ittihamlar qarşısında tab gətirə bilməyən Prezident Ayaz Mütəllibov mart ayının əvvəllərində istefa verib. Parlamentin sədri vəzifəsini tutan Yaqub Məmmədov həm də prezident səlahiyyətlərini icra etməyə başlayıb. Mayın 8-də Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Ayaz Mütəllibovun yenidən prezident vəzifəsinə qaytarılması üçün cəhdlər edilib. Ali Sovetin binasının yaxınlığında 11 gün davam edən fasiləsiz mitinqin təzyiqi altında Ayaz Mütəllibovun yenidən hakimiyyətə gətirilməsinin planı işlənib hazırlanıb. Yaqub Məmmədov Ali Sovetin sessiyasının təcili çağırılıb-çağırılmaması məsələsini Milli Şuranın müzakirəsinə çıxarıb. Təxirə salınmış növbədənkənar sessiyanın mayın 14-də çağırılması qərara alınıb. Həmin gün Ali Sovetin 253 deputatının iştirakı ilə keçirilən fövqəladə sessiyasında Xocalıda törədilən soyqırımı ilə bağlı məsələ barəsində yaradılmış deputat-istintaq komissiyasının sədri Ramiz Fətəliyev məlumat verərək bildirib ki, komissiya həqiqəti üzə çıxarmaq üçün işləyəcəyi barədə and içib. Deyib ki, Prezident Ayaz Mütəllibovun səhlənkarlığı, düşünülməmiş və qarışıq kadr siyasəti olub, lakin Xocalıdakı faciəyə gətirən cinayətkar niyyəti və xəyanətkarlığı olmayıb. Çıxış edən bəzi deputatlar Ayaz Mütəllibovun günahsız olduğunu və buna görə də gəlib yenidən Prezident vəzifəsində oturmasını təklif ediblər. Çıxışlardan sonra Ayaz Mütəllibov sessiya keçirilən salona gəlib və etdiyi çıxışında mart ayından ötən müddət ərzində fəaliyyətini tənqidi təhlil etdiyini və qiymətləndirdiyini, kadrları seçməkdə çətinlik çəkdiyini, ölkədə qayda-qanun yaradacağını və heç kimə kin, nifrət bəsləməyəcəyini desə də, müxalifətə qarşı aşağıdakı hədələyici fikirləri işlədib:

“...ictimai qurumların, partiyaların, cərəyanların fəaliyyətini mütləq dayandırmalıyıq. Mən diktatura demək istəmirəm, ancaq lazım olsa ona da getməliyik, millət təhlükə qarşısındadır. Mən üzümü hüquq-mühafizə orqanlarının rəhbərlərinə tutub deyirəm və bildirmək istəyirəm ki, ...mən sizi cəzalandıraram”.

Sessiyada Ayaz Mütəllibov yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə qaytarılıb. Buna etiraz edən Azərbaycan Xalq Cəbhəsi qüvvələri tərəfindən Milli Məclisə silahlı hücum edilib. Nəticədə Ayaz Mütəllibov devrilib və Moskvaya qaçıb. Parlamentin binasının ətrafına zirehli maşınlar və tanklar yerləşdirilib.

Mayın 15-də keçirilən sessiyada sədrlik edən Yaqub Məmmədov ölkədəki vəziyyəti aşağıdakı kimi şərh edib:

“Vəziyyət demək olar ki, nəzarətdən çıxıbdır. Respublikada, Bakıda həm hakimiyyət böhranıdır, həm də ki, ümumiyyətlə, böhrandır, bu günləri şəhərdə baş vermiş hadisə hamımızın gözünün qabağında olub, Ali Sovetdə. ...Bu təzyiqin, gah bu tərəfdən, gah da o tərəfdən zorakılığın, müxtəlif silahlı dəstələrin hücumlarının axır nəticəsi elə belə də qurtarmalıydı. Bu haqda çox danışdıq, çox dedik, təəssüflər olsun ki, vaxtında tədbir görülmədi. Axırı da gəlib bugünkü hadisəylə başa çatdı. Elə dünənki hadisə də həmin işlərin nəticəsi idi, bugünkü də, final belə olmalıydı... mən başqa bir şey fikirləşirəm ki, Ali Soveti niyə bu günə qoyublar”.

Mayın 18-də keçirilən növbədənkənar sessiyaya sədrlik edən Ziyad Səmədzadə bildirib ki, Ali Sovetin sədri Yaqub Məmmədov bir neçə dəfə ərizə ilə müraciət edərək Prezident səlahiyyətlərini icra etməyin ağır olduğunu bildirərək istefa vermək istəyib. O, həmin ərizənin müzakirə olunmasını təklif edib. Məsələ gündəliyə daxil edilib. Səsvermə nəticəsində Yaqub Məmmədovun vəzifəsindən azad olunması haqqında qərar qəbul olunub.

Ziyad Səmədzadə Ali Sovetin sədri vəzifəsinə Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən biri olan İsa Qəmbərovun namizədliyini irəli sürüb. Çıxış edən şair, deputat Bəxtiyar Vahabzadə salonda yetərsay olmamasına baxmayaraq, onun namizədliyini müdafiə edərək səsə qoyulmasını təklif edib. Prosedur qaydalarını pozaraq bildirib ki, bu məsələdə yetərsayın olub-olmaması əhəmiyyətli deyildir.

İdarəçilik təcrübəsi olmayan bir şəxsin Azərbaycan Respublikası parlamentinin sədri vəzifəsinə namizədliyinin irəli sürülməsini, ölkənin eksperimentə çevirilməsini yanlış hesab edən deputat Eldar İbrahimov çıxışında görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin namizədliyini irəli sürərək birmənalı olaraq deyib:

“ ...bir halda ki, demokratiyadan danışırıqsa, bugünkü demokratiyada, bugünkü ağır gündə də bu vəzifələri gəlin eksperimentə çevirməyək. Biz çalışaq elə bir adam da alternativ olsun ki, təcrübəli, öz dünya səviyyəsinə görə tanınmış siyasi xadimlərdən bir nəfəri tapaq. Mən alternativ olaraq Heydər Əliyevin namizədliyini irəli sürürəm”.

Eldar İbrahimov ölkəni ağır vəziyyətdən çıxaracaq şəxs kimi Heydər Əliyevi görüb.

Deputat Eldar İbrahimovun əleyhinə çıxan deputat Sabir Rüstəmxanlı ölkəni ağır vəziyyətdən çıxara biləcək şəxsin İsa Qəmbərov olduğunu deyib. O, birmənalı olaraq bildirib:

“Biz əgər istəyirik, doğrudan da respublikamızı çətin vəziyyətdən çıxaraq, İsanı mən təklif edirəm...”.

Deputat Arif Rəhimzadə isə etiraz edərək qətiyyətlə Heydər Əliyevin namizədliyini aşağıdakı şəkildə müdafiə edib:

“...Əliyev Heydər Əlirza oğlunun namizədliyi mütləq verilsin və səsverməyə qoyulsun. Burada deyirlər ki, Əliyevin burada olmamağı maneçilik eləyə bilər, mən hesab eləyirəm 10 dəqiqəlik tənəffüs elan eləmək olar, telefonla onunla əlaqə saxlamaq olar və onun fikrini bilmək olar. Əliyevin Ali Sovetə sədr gətirilməsi tamamilə təbii bir məsələdir, o, Ali Sovetin Sədrinin müavinidir və təəccüblü olardı ki, müavinlər ola-ola heç birinin namizədliyinə baxılmasın”.

Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrindən biri olan Arif Hacıyev çıxışında deyib:

“...hüquq qaydalarına görə hər hansı bir yığıncaqda iştirak etməyən və proqramını bildirməyən adamın ümumiyyətlə, namizədliyinin səsə qoyulması qeyri-mümkündür... Pis olmaz ki, Heydər Əliyevlə telefonla danışılsın, bunun ziyanı yoxdur”.

Özlərini Azərbaycan Xalq Cümhuriyyətinin və Məhəmməd Əmin Rəsulzadə yolunun davamçıları sayan bu şəxslər Azərbaycanın parlamentarizm tarixində buna bənzər hadisələrin olduğunu ya bilməyiblər, ya da bilməzlikdən gəliblər. Belə ki, məlum olduğu kimi, Məhəmməd Əmin Rəsulzadə 1918-ci ilin may ayında Batum konfransında iştirak edərkən qiyabi olaraq Azərbaycan Milli Şurasının sədri seçilmişdi, Əlimərdan bəy Topçubaşov isə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri seçilərkən və parlamentin fəaliyyət göstərdiyi bütün dövr ərzində də Azərbaycanda olmamışdı.

Sessiyaya sədrlik edən Ziyad Səmədzadə öz platformasını təqdim etmək üçün İ.Qəmbərova söz verib. O, xüsusi bir platformasının olmadığını, platformasının Əbülfəz Elçibəyin platforması olduğunu deyərək aşağıdakı məsələyə münasibətini belə bildirib:

“Azərbaycanın rəhbərliyində indiki və keçmiş böyük təcrübəyə, iş bacarığına malik olan şəxslər az deyil, onlardan biri də Heydər Əliyevdir. Sözsüz ki, Heydər Əliyevin də təcrübəsindən istifadə olunmalıdır. Ancaq indiki məqamda bir daha dərk etmək lazımdır ki, Azərbaycanın ən nüfuzlu təşkilatı olan Xalq Cəbhəsinin etimad mandatı ilə işləməyən adamın Azərbaycanda vəzifə tutması çətin olacaq. Digər tərəfdən, gözəl bilirsiniz ki, Heydər Əliyevin namizədliyi bu ağır vəziyyətdə parçalanma amili rolunu da oynaya bilər”.

Əslində müxalifət nümayəndələrinin bütün çıxışları onların Heydər Əliyevin böyüklüyünü, zəngin siyasi və dövlətçilik təcrübəsini qəbul etdiklərini, lakin hakimiyyət hərisliyi səbəbindən bu məsələdə geri çəkilmək istəmədiklərini göstərirdi. Bu isə bir daha təsdiq edir ki, həmin şəxsləri ölkənin və millətin taleyi deyil, yalnız hakimiyyətə gəlmək düşündürüb.

İ.Qəmbərovun çıxışından sonra Ziyad Səmədzadə ona belə bir sualla müraciət edib:

“Bu gün bu vəzifəni tutmaq üçün və buna razılıq vermək üçün çox böyük cəsarət lazımdır. Bizim hamımızı bir problem maraqlandırır. Qarabağ barədə iki kəlmə nə deyə bilərsiniz öz platformanız barədə?”

Sədrliyə namizəd konkret deyil, ümumi ifadələrlə bildirib ki, həm hərbi, həm də siyasi xarakterli tədbirlər nəzərdə tutulur. Əlavə edib ki, başlıca vəzifə Bakı şəhərində sabitlik, qayda-qanun yaratmaq və əhalinin təhlükəsizliyini təmin etməkdir.

Sual-cavabdan sonra fövqəladə sessiyanın işində tənəffüs elan edilib. Tənəffüs zamanı Ziyad Səmədzadə və Eldar İbrahimov Naxçıvana zəng edib Heydər Əliyev ilə əlaqə yaratmaq üçün gediblər. Lakin nə qədər zəng etsələr də, hansı səbəbdənsə danışıq baş tutmayıb. Tənəffüsdən sonra öz işini davam etdirən iclasda Ziyad Səmədzadə deyib:

“...biz təklifi, Heydər Əliyev yoldaşın namizədliyini irəli sürən deputatlarla birlikdə xeyli müddət çalışdıq ki, həm mən, həm də Eldar İbrahimov. Bütün telefon kanallarından istifadə etdik, amma alınmadı, köməkçisinə də, evinə də, hər yana zəng elədik, xəbər də göndərdik ki, belə bir məsələ var, ona çatdırın. Artıq bir saatdır ki, keçib. Mən sizin nəzərinizə çatdırıram bu informasiyanı”.

Sədrin seçilməsi üçün səsverməni keçirmək barədə qərar qəbul edilib. Seçki bülleteninə alternativ olmadan təkcə İsa Qəmbərovun adı daxil edilib və o, Ali Sovetin sədri seçilib. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlayıb.

Ancaq bir il sonra ölkə ağır böhrana düşüb.

Ümummilli lider Heydər Əliyevin əleyhinə olanlar bu dəfə özlərini xilas etmək üçün Heydər Əliyevdən xahiş ediblər ki, onları bu bəladan qurtarsın. 1993-cü ilin iyununda hakimiyyətə dəvət edilən Heydər Əliyev həm dövləti dağılmaqdan, həm də həmin şəxsləri məhv edilməkdən xilas edib. Müasir Azərbaycan dövlətini qurub.

O vaxtdan 28 il keçir. Heydər Əliyev, Əbülfəz Elçibəy və Bəxtiyar Vahabzadə dünyalarını dəyişiblər, Ramiz Fətəliyev, Yaqub Məmmədov, Ayaz Mütəllibov pensiyaçı, Arif Hacıyev (Hacılı) Müsavat Partiyasının başqanı, İsa Qəmbərov (Qəmbər) Milli Düşüncə Mərkəzinin rəhbəridir. Ziyad Səmədzadə və Eldar İbrahimov hazırda Milli Məclisin deputatlarıdır.

Amma ən qəribəsi odur ki, 1992-ci ilin may ayında ölkənin ən ağır vəziyyətində ümummilli lider Heydər Əliyevi bütün varlığı ilə müdafiə edən və uzun illər Neftçaladan deputat seçilmiş Arif Rəhimzadənin yerinə həmin vaxt Heydər Əliyevin əleyhinə olan Sabir Rüstəmxanlı 2020-ci ildə deputat olub. Ey həyat, sən nə qəribəsən? (AzSABAH)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam