Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

ABŞ-ın İrandakı uğursuz əməliyyatından 40 il keçdi

 

ABŞ-ın İranda həyata keçirmək istədiyi uğursuz əməliyyatdan bu gün 40 il ötür.

Yenixeber.org: 1980-ci il aprelin 25-də ABŞ 1979-cu ilin fevral inqilabından sonra Tehrandakı səfirliyinin girov götürülən əməkdaşlarını “Qartal pəncəsi” adlı əməliyyatla azad etməyə cəhd göstərir. Deyilənə görə, bu məqsədlə İranın mərkəzində Təbəs çölündə yerləşən köhnə hərbi aerodroma enən ABŞ hərbi qüvvələri qəflətən qalxan qum fırtınasına məruz qalıb və hazırlanan əməliyyat uğursuzluğa düçar olub.

40 il əvvəlki hadisənin qısa xronologiyasına nəzər salaq: 1979-cu il noyabrın 4-də özlərini ayətullah Xomeyninin davamçıları, “xətti imam”ın (“İmamın yolçuları”) aparıcı qüvvəsi sayan bir qrup iranlı tələbə Vaşinqtonun Tehrandakı səfirliyinin 66-sı ABŞ vətəndaşı olmaqla 99 əməkdaşını girov götürüblər. Onlar ABŞ-dan Məhəmmədrza şah Pəhləvinin ekstradisiyasını tələb ediblər. İran lideri Xomeyni 1979-cu il noyabrın 17-də qadın və afro-amerikalı girovların azad edilməsinə göstəriş verir. ABŞ prezidenti Cimmi Karter 1980-ci il aprelin 7-də İranla əlaqələri kəsir. 1980-ci il aprelin 25-də girovları xilas etmək cəhdi vertolyot və nəqliyyat təyyarəsi toqquşduğundan baş tutmur və ABŞ-ın 8 hərbçisi həlak olur. 1980-ci il iyulun 11-də girovlardan biri səhhətinə görə azad edilir. 1981-ci il yanvarın 19-da ABŞ və İran girovların azad edilməsi üçün saziş imzalayır və 1981-ci il yanvarın 20-də girovluqda qalan 52 nəfərin Almaniyaya getməsinə icazə verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam