Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yeni Zaman Partiyasının sədri ilə bağlı yeni xəbər var-İDDİA

 Yenixeber.org: Yeni Zaman Partiyasının sədri Musa Ağayevlə bağlı yeni xəbər var. Belə ki, jurnalist Samir Feyruzov özünün FB səhifəsində yeni qeydiyyata alınmış partiya sədri və ... ictimai maraq kəsb edəcək məlumat paylaşıb: 

"Apardığım araşdırma nəticəsində bəlli oldu ki, M.Ağayev partiya sədri olmaqla bərabər, həm də "Novoye Vremya" qəzetinin təsisçisidir. Amma M.Ağayevlə bağlı ilginc bir informasiya əldə etdim.

Belə ki, jurnalistlər üçün tikilmiş 2-ci binadan 2017-ci ildə mənzil almış Nailə Şahvələd qızı Nağıyeva M.Ağayevin həyat yoldaşıdır. Amma məsələ bunda da deyil. Nailə Nağıyeva 194 №-li orta məktəbdə astronomiya, fizika müəlliməsi işləyir. Yəni, jurnalistlər binasından fizika müəlliməsi mənzil alıb. "Alıb...". Nailə xanım 1975-ci il təvəllüdlüdür (13.10.1975), 2006-cı il dekabrın 1-dən isə bu günə qədər 194 №-li məktəbdə müəllimə işləyir.

Ən dəhşətlisi isə budur ki, N.Nağıyeva bircə gün belə "Novoye Vremya" qəzetinin redaksiyasına gəlməyib. Google"-da axtarış zamanı isə, N.Nağıyevanın imzası olan bircə yazı belə tapılmadı".

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam