Yenixeber.org: Rayonun Rüstəmili kənd sakini, 1984-cü il təvəllüdlü Nağıyeva Zəminə Məhəmməd qızı özünə bıçaqla xəsarət yetirib. Z.Nağıyeva qarının ön divarının 2 ədəd kəsilmiş-deşilmiş yarası ilə Sabirabad rayon xəstəxanasına yerləşdirliərək əməliyyat olunub.

Hadisə polis əməkdaşlarının həmin qadının yaşadığı evdə həyat yoldaşının narkotik vasitə saxlamasında şübhəli bilinərək evdə axtarış aparmalarına etiraz olaraq baş verib. Yaralı elə polis əməkdaşları tərəfindən də xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.