Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Jurnalistlər Elmar Hüseynovun məzarını ziyarət etdilər -FOTOLAR

Jurnalistlər Elmar Hüseynovun məzarını ziyarət etdilər -FOTOLAR

 

Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri, deputat Əflatun Amaşov və bir qrup jurnalist, baş redaktorlar 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə 2005-ci il martın 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarını ziyarət ediblər.

Yenixeber.org: Jurnalistlər Elmar Hüseynovun məzarına gül dəstələri qoyub, onun ruhuna duallar oxuyublar.

Əflatun Amaşov Azərbaycanda söz və mətbuat azadlığından söz açıb.

Şura sədri bildirib ki, Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə söz və mətbuat azadlığı ilə bağlı ciddi işlər görülmüş və görülməkdədir.

Qeyd edək ki, ziyarət mərasimində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli, jurnalistlər Azər Həsrət, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev və digər şəxslər iştirak ediblər.

 

 

 

Jurnalistlər Elmar Hüseynovun məzarını ziyarət etdilər -FOTOLARJurnalistlər Elmar Hüseynovun məzarını ziyarət etdilər -FOTOLAR

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam