Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“ÖLKƏNİN ELİTA PROBLEMİ VAR...” –“İrəlidəki günlər bizə çox çətin olacaq”

 

 Türkiyədə çalışan professor Xaləddin İbrahimli ilə dünyanı cənginə alan koronavirus problemi, ona qarşı mübarizə, dövlətlərin üzləşdiyi və gələcəkdə gözlənilən problemlər, hökumətlərin davranışları, iqtisadiyyata, cəmiyyətə dəstək paketləri barədə danışmışıq.

Yenixeber.org: Müsahibəni təqdim edirik:

- Professor, dünyada sürətlə yayılan koronavirus pandemiyası ilə bağlı müxtəlif fikirlər, mülahizələr var. Əvvəlcə bu barədə sizin düşüncələrinizi bilmək maraqlı olardı.

- Bu çox sürətlə yayilan virus növüdür. Virus özü bir canlı kimi 5-10 metr məsafədə yerini dəyişə bilər, o da yenə bizim köməyimizlə, yəni asqırıb, öskürsək. Amma bir göz qırpımında bütün dünyaya yayıldı. Onun yayılması sürətə bağlıdır və o sürət bizik. Başqa sözlə, bu virus bizdən nəqliyyat vasitəsi kimi istifadə edir. Nə etməliyik? Sürəti dondurmalıyıq. Ancaq bu zaman virus olduğu yerdə qalacaq və ən çoxu 15 gün yaşayıb öləcək. Bu, bəsit gerçəyi anlamaq çətin deyil, zor olan ona insanların əməl etməsidir. Nə edək ki, bəzi ölkələrin başçıları belə bu bəlanı hələ də görməzdən gəlir.

- Necə düşünürsünüz, bu laboratoriya virusudur, yoxsa təbiətin cəzası?

- Virusun hansı təbiətə, xarakterə sahib olması məncə, hələ tam aydın deyil. Dünyanın öndə gələn elm insanları tez-tez yeni və fərqli fikirlər söyləyir. Bir çox suallar hələ açıq qalmaqdadır və əminəm ki, irəlidə onlara cavab veriləcək. İndi önəmli olan bu prosesi durdurmaqdır.

- Koronavirusdan sonrakı dönəm haqqında fikirləriniz maraqlı olar, nələri gözləyirsiz? Hansı dəyişikliklər ola bilər?

- Dünyamızda bir çox şeylər dəyişəcək. Əsas qorxu liberal dəyərlərin ciddi zərbə alması və zəifləməsi, demokratik proseslərin əsaslı şəkildə ləngiməsi ilə baglidir. Onsuz da “Ərəb baharı”ndan sonra dünyada demokratiya və insan haqları ciddi zərbə almışdı. Bugünlərdə Henri Kissencer də dünyanın lokomotiv dövlətlərinə bir sıra məsləhətlər verdi. O da eyni şeylərdən qaygılandıgını dilə gətirdi. Bu, təsadüfi deyil. Böyük hadisələrdən sonra insanların psixologiyasında dəyişmələr olar, sonra bu onların fəaliyyətinə yansıyar, ona təsir göstərər. Bu pandemiya ilə dünyada toplumlar bir-birindən mənfi impulslar aldı. O üzdən, yaxın gələcəkdə onlar bir-birindən məsafə saxlamağa meyllənəcək. Yəni millət-dövlət düşüncəsində dəyişmələr yaşanacaq. Millətçiliyin yeni şəkli və dalgası ortaya çıxa bilər. H. Kissencer də bundan əndişələnir və deyir ki, liberal dəyərləri qoruyun və demokratiya ilə bağlı aydınlama işini yeni mərhələyə daşıyın, irəlidə buna ehtiyac yaranacaq.

- Dünya iqtisadiyyatını hansı dəyişimlər gözləyir?

- Dünyada iqtisadi böhranlar və onlardan çıxma təcrübələri var. Bunlar mütləq köməyə gələcək. Amma bu çapda və xarakterdə böhran yenidir. Aparıcı dövlətlər mütləq bir-birlərinə dayaq olmalıdır. Belə olacaqmı? Mən əndişəliyəm. ABŞ-ın mövqeyi onu deyir ki, irəlidə onun Çinlə münasibətləri daha da sərtləşəcək. Belə olsa, hamımız üçün yaxşı olmayacaq. Ən çox da kasıb və kiçik dövlətlər üçün. İrəlidə bütün dünyada aclıq pandemiyası başlaya bilər. Payızda bu proses özünü tam açıq göstərəcək. Dünya bu aclığı qarşılamağa hazır deyil və hazır olma istəkləri də pandemiya səngiyəndən sonra özünü göstərəcək. Hazırda bu problemi necə dəf etmək haqqında düşünmək vaxtıdır.

- Dünyada neftin qiymətinin düşməsinə pandemiyanın təsiri oldu. Neft ölkələri, itkiləri kompensasiya etmək üçün, hasilatı azaltmaqla, hərəkətə keçiblər. Müşahidələriniz necədir, yaxın zamanlarda dünya bazarında neftin qiyməti qalxa bilərmi?

- Əlbəttə, pandemiya neftə tələbatın azalmasına birbaşa çox ciddi təsir göstərdi. Sadə bir örnək verim: son bir ayda benzinə verdiyiniz pulu əvvəlki ayla müqayisə edin. Heç şübhəsiz, başqa təsirlər də var. Dünya iqtisadiyyatı canlandıqca neftin də qiyməti yüksələcək. Məncə, bu ən azı 2i il sürəcək. Qlobal aclıq, işsizlik və yoxsulluqla bağlı pessimist fikirlər söyləməyimin səbəblərindən biri də budur.

- O zaman Azərbaycan kimi neftdən asılı olan dövlətlər də ciddi problemlərlə üzləşə bilər...

- Təəssüf ki, elədir.

- Sizcə, Azərbaycan pandemiya ilə necə mübarizə aparır?

- Post-sovet bölgəsində virusun nisbətən zəif yayılması və az fəsadlar törətməsi sevindiricidir. Ola bilsin ki, adıçəkilən bölgədə hələ proses yeni başlayır. Yaşayıb, görəcəyik. Mən bir az fərqli məsələlər barədə danışmaq istəyirəm. Bütün böhranlar millətin-dövlətin zəif və üstün yönlərini üzə çıxarır. Bu böhranın hələ ki, bizə göstərdikləri nələrdir? Bir toplum kimi qüsurlarımıza ayna tutmaqda hər zaman fayda var.

Öncə onu deyim ki, yönətimimizin böhran dönəmlərində dövlətin vəzifələri və funksiyaları ilə bağlı əhatəli təsəvvürlərə sahib olmadığı bəlli oldu. Belə dönəmlərdə dövlətin birinci işi vətəndaşı qorumaqdır. Platon təsadüfən demirdi ki, insanı yaşat ki, dövlət yaşasın. Amma tərs bir düşüncənin və davranışın hakim olduğunu gördük. Yəni, indiki yanaşmada dövlətə kömək etmək lazım olduğu bildirilir.

İkinci məsələ odur ki, bu ağır günlərdə də insanlarımızla səmimi ola bilmədik. Baxın, var olmaq, yaşamaq üçün vətəndaşa yardım kimi təməl vəzifəni yerinə yetirməmək məqsədi ilə bəzi dövlət nümayəndələri nə qədər əcaib üsullar, metodlar fikirləşir və dilə gətirir. Hər dövlət qurumunun mətbuat katibləri deyilən bir struktur peyda olub, hamının yerinə hər şeyi onlar danışır. Kənardan baxanda belə təəssürat yaranır ki, sanki iqtidarın bu gün ən önəmli vəzifəsi dövləti xalqdan qorumaqdır. Dövlət adından danışanların fikirlərindən çıxan nəticə belədir.

Üçüncü və məni ən çox narahat edən məsələ toplumda mütləq əksəriyyətin sakitcə oturması və prosesi yad kimi seyr etməsidir. Xalq 4-5 nəfər “mətbuat katibinin” əlində qalıb. Bir başqa sözlə, aydınlarımız xalqı sahibsiz buraxıblar. Bəlkə, səhv edirəm? Yeni bir danışan gördünüzmü? 

Yenə də meydanda olan və danışan hər zamankı üç-dörd nəfərdir. Belə gündə də xalqın qeydinə qalmayıb, ona sahib çıxmayıb, nə vaxt qalacaq, nə vaxt çıxacaqlar? Təbii ki, Afaq Bəşirqızı kimi uğursuz danışmaqdan, xalqa hücum etməkdən, onu aşağılamaqdan yox, vətəndaş mövqeyindən söhbət gedir. Bu gün vətəndaş mövqeyi ortaya qoymayan bir insan - istər Nobel mükafatına sahib olsun, istərsə də Oskar sahibi - kimə və nəyə lazımdır?

İki yaxşı örnək də deyim: Seyran Səxavət və Əsəd Cahangir. Gücləri çatanı dedilər. Bəlkə, başqaları da danışıb, bildiklərim bunlardır. Bəzən, deyirlər ki, bizim cəmiyyət ölüvay cəmiyyətdir, refleksi yoxdur. Məncə, problem elitanın yoxluğundadır, aydın kəsim ona aid olan yükü çəkə bilmir və yüngül bir ifadə ilə deyim ki, ortada olmayan odur.

Ona görə də, irəlidəki günlər bizə çox çətin olacaq. Çünki elə məsələlər var ki, onu zamanında həll etmək lazımdır.(azpolitika)

Elçin Rüstəmli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam