Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

YAP-dan ermənilərin Ramil Səfərov açıqlamasına reaksiya

 

Qondarma Dağlıq Qarabağ hakimiyyətinin kəlbəcərli girovlardan birini erməni zabiti Qurgen Markaryanı qətlə yetirən Ramil Səfərovla dəyişməklə bağlı verdiyi təklifə hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov münasibət bildirib. 

 

"Xeberinfo.com":  Məlumata görə, S. Novruzov “Qafqazinfo”ya açıqlamasında bu təklifin növbəti erməni xislətinin, saxtakarlığının nümunəsi olduğunu vurğulayıb: “Bildiyimiz kimi, Ramil Səfərov Azərbaycana ekstradisiya olunduqdan sonra ölkə başçısı tərəfindən əfv olunub, rütbəsi və işi də bərpa olunub. Ona qarşı çox ədalətsiz bir qərar qəbul edilmişdi. Ermənilər Azərbaycanı, vətəndaşlarımızı təhqir etməklə Ramili cinayətə sövq etmişdi. Biz bunu cinayət hesab etmirdik. Beynəlxalq məhkəmələr bunu cinayət adlandırmışdı. Bizim iki vətəndaşımız isə sadəcə olaraq ata-baba yurdunu görməyə gedib. Hər hansı qanunu pozmayıb. Qanunu pozan həmin saxta qurumun rəhbəridir. Onun Xocalı faciəsində əli var, haqqında cinayət işi də var. Bu cür insanlara qarşı beynəlxalq tribunalardan, o cümlədən məhkəmələrdə cinayət işləri qaldırılmalıdır.  Girovlarımızın birinə ömürlük, birinə isə 20 illik azadlıqdan məhrum etməklə, qondarma məhkəmə keçirməklə, yeni təxribatçı fikirlər ortaya atmaqla heç nəyə nail  ola bilməyəcəklər. Əgər beynəlxalq hüquqa tabe olmayacaqlarsa, girov götürülmüş şəxslərin digər girovlarla dəyişdirilməsi məsələsinə də baxıla bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam