Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

YAP-dan Leyla Yunusun "Nobel"ə namizəd göstərilməsinə münasibət...

YAP-dan Leyla Yunusun

 

 

        "Bunlar Leyla Yunusun Nobel mükafatına namizədliyini irəli sürməklə istəyirlər ki, hər tərəfdən istintaqın gedişinə təzyiq göstərsinlər".
    "Xeberinfo.com": Bunu "Trend"-ə hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Beynəlxalq qadın hüquq müdafiəçiləri koalisiyasının Leyla Yunusun 2015-ci il üçün Nobel mükafatına namizədliyini irəli sürməsinə münasibət bildirərkən deyib.
     S.Novruzov qeyd edib ki, müxtəlif qurumlar, təşkilatlar vasitəsilə bu cür məsələləri qaldırırlar və bir daha dünyaya sübut olunur ki, bu cür təşkilatlar eyni mərkəzdən idarə olunur, erməni lobbisinin təhriki ilə həmin mərkəzlər obyektiv deyil, qeyri-qanuni, düzgün olmayan məsələlərə görə dünyanın aparıcı dövlətlərinin nüfuzuna xələl gətirirlər.
    Nobel mükafatının cəmiyyət, dünya üçün faydalı iş görənlərə təqdim edildiyini qeyd edən millət vəkili bildirib ki, Azərbaycanda hər hansı bir erməni mənşəli, Azərbaycan əleyhinə düzgün olmayan iş aparan, ayrı-ayrı erməni kəşfiyyat orqanlarına Azərbaycanın hərbi sirlərini ötürmək istəyən şəxsə belə bir mükafatın verilməsi nəzərdə tutulursa belə, bu, özü böyük cinayətdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam