Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Türkiyə-Rusiya münasibətlərində İdlib düyünü

 

Suriya savaşı böyüdü-güclər burun-buruna dayanıb

Yenixeber.org: Son günlərdə Suriyada vəziyyət daha da gərginləşib. Bəşər Əsəd rejiminin getdikcə fəallaşdığı müşahidə olunur. Suriya hökuməti 2012-ci ildən bəri ilk dəfə bu yolu ələ keçirib.

“Hazırda Suriyada həyati əhəmiyyətli bir nəqliyyat dəhlizi - mühasirəyə alınan şimal paytaxt Hələbi Suriyanın cənub şəhərləri - Hama, Xüms və Dəməşqlə birləşdirən M5 şosesi terrorçulardan azad edilib” - deyə rəsmi məlumatda deyilir.

Türkiyə tərəfi də sakit dayanmır. Belə ki, fevralın 3-də Suriya ordusunun İdlibdə açdığı atəş nəticəsində 8 türk əsgəri və mülki şəxsin həlak olmasından sonra ard-arda Əsəd qüvvələrinə sarsıdıcı zərbələr endirilir.

İdlibdə Suriya ordusunun 55 hərbçisi zərərsizləşdirilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlib olayları səbəbi ilə Suriyada artan gərginliklə bağlı bəyanatında mülki insanların öldürülməsinə sərt etiraz edib, həm mülki insanların ölümü, həm də türk əsgərlərinə yönəlik hücumlarla bağlı ciddi addımlar atılacağını bildirib. Əsəd rejiminə məxsus qüvvələri hər yerdə vuracaqlarını söyləyən Türkiyə prezidenti Rusiyanı da  mülki insanların ölümündə günahlandırıb və yaşayış məntəqələrinə hücum edən təyyarələrin Suriya səmalarında əvvəlki kimi rahat uça bilməyəcəklərini vurğulayıb.

Türkiye Rusya İdlibde ile ilgili görsel sonucu

 Moderator.az xəbər verir ki, Ərdoğanın məlum bəyanatı Rusiyada ciddi qorxuya səbəb olub. Məsələ bundadır ki, Suriya səmalarında uçan rus təyyarələri özlərini bu günə qədər tamamilə təhlükəsizlikdə hiss etsələr də, Türkiyə prezidentinin məlum bəyanatı vəziyyəti köklü surətdə dəyişir. Belə ki, bu açıqlama dolayısı ilə də olsa, mülki insanlara qənim kəsilən rus hərbi təyyarələrinin hər an vurula biləcəyi anlamına gəlir.

Bundan başqa, Əsəd rejiminə bağlı olan təyyarələr də bütün uçuş və bombardmanları Rusiyanın hərbi hava qüvvələrinin koordinasiyası və dəstəyi ilə həyata keçirməkdədir. Bu isə o deməkdir ki, Türkiyənin Əsəd rejiminə məxsus təyyarələri vurması belə Rusiya üçün itki demək olacaq.

Ərdoğanın məlum açıqlaması 2015-ci ildə Türkiyə tərəfindən vurulan rus təyyarəsinin aqibətini yada salıb. Proseslərin gedişatı göstərir ki, Rusiya mülki insanlara və eləcə də türk ordusuna yönəlik hücumlara dəstəyini dayandırmasa, o zaman Suriya səmalarını daha bir neçə rus təyyarəsinin partlayışı işıqlandıra bilər.

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Ankaraya gəlib.

Avropa.info xəbər verir ki, Cefri Türkiyə xarici işlər nazirinin müavini Sədar Önalla keçirdiyi görüşdə İdlibdə ölən türk hərbçilərinə başsağlığı verib. ABŞ-ın NATO müttəfiqi Türkiyənin yanında olduğunu deyib.

Ekspertlər qarşıdakı günlərdə gərginliyin daha da artacağını, Suriyadakı savaş meydanının genişlənəcəyini proqnozlaşdırırlar. Eyni zamanda Rusiya-Türkiyə münasibətlərinin getdikcə qırıldığı bildirilir.

Türkiye Rusya İdlibde ile ilgili görsel sonucu

Politoloq Əhəd Məmmədli Türkiyə-Rusiya münasibətlərinin gələcəyindən söz açdı: “Türkiyə Əsəd rejimi ilə rəsmi müharibə astanasındadır. Məlum olduğu kimi də rejimin arxasında Rusiya durub. Yəni dolayısı ilə Türkiyə Rusiya ilə Suriyada yenə qarşı-qarşıya gələ bilər. Türkiyə Suriyaya yeni hərbi eşelonlar göndərir. Türk ordusu rejim uzantılarına cavab zərbələri endirir. Rəsmi Ankara bu zərbələrin İdliblə kifayətlənməyəcəklərini, bütün Suriyanı əhatə edəcəyini bildirib. Bu olan halda isə Türkiyə-Rusiya savaşının riski artır. Moskva düzgün olaraq Astana razılaşmasının vacibliyini vurğulayır. Bununla da Kremlin Ankara ilə üz-üzə gəlməmək istəyini göstərir. Ankara da eynən Moskva ilə əlaqələrini yenidən pozmaq istəməz. Fikrimcə, hər iki tərəf razılaşmaya gələcək. Türkiyə-Rusiya münasibətlərinin dərinliyi bu iki ölkə arasında yeni qarşıdurmaya imkan verməməlidir. Ümid edək ki, quduz Əsəd rejiminə Kreml vaxtında dur deyəcək. Rusiya və İranı arxasına alaraq qana susamış Əsəd rejimi Suriyada Türkiyə mövqelərinə hücuma keçdi. Bununla Kreml Ankaranı fakt qarşısında qoymaq istədi. Ruslar elə düşündü ki, türklər onlardan çəkinib geri çəkilib, İdlibi təslim edəcəklər. Amma elə olmadı, türklər geri çəkilmədi, İdlib Hələbin taleyini yaşamadı. İndi türklər rusları fakt qarşısında qoymağa başlayıblar. Rusiya seçim etsin, kiminlə münasibətlər onun üçün daha əziz, əhəmiyyətlidir, Türkiyə və ya Suriya ilə? Fikrimcə, seçim birincilərin xeyrinə olacaq. Çünki əvvəla, Türkiyə ilə Suriya dünya dövlətləri arasında eyni çəkiyə malik deyillər. Ruslar da bunu bilməmiş deyillər. Türkiyənin çəkisi Suriyadan qat-qat çox olduğundan rusların birinciləri seçəcəyini düşünürəm. Təbii ki, ruslar öz maraqlarını qorumaq şərti ilə bunu edəcəklər. Həmçinin, Türkiyə-Rusiya münasibətlərinin dərinliyi bu iki ölkə arasında münasibətlərin pozulmasına imkan verməz. Sonucda da yuxarıda qeyd etdiyim kimi, müasir dünyada böyük dövlətlər bir-biriləri ilə açıq müstəvidə qarşıdurmaya girməyə risk etmirlər. Nə Türkiyə nüvə  nəhəngi olan Rusiya ilə, nə də Rusiya Türkiyə və NATO ilə savaşa girməz. Hər iki tərəf üçün bir Əsədə görə bunu etməyə dəyməz”.(Yeni Müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam