Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İqbal Ağazadə prezidentə və baş prokurora müraciət etdi-...PROTOKOLLARLA

 

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə ölkə rəhbərliyinə, baş prokurora, habelə MSK-ya müraciət edərək bu dairədə səsvermənin nəticələrinin saxtalaşdırılmasına dair faktları araşdırmağa çağırıb.

Yenixeber.org: İqbal Ağazadə həmin seçkilərdə özünün şəksiz qələbəsinə əmindir, qeyd edir ki, nəticələr digər namizədin xeyrinə saxtalaşdırılıb. Xatırladaq ki, MSK rəsmi olmayan nəticələrə görə həmin dairədən Rauf Arifoğlunu qalib elan edib.

İ.Ağazadə bildirir ki, onun əlində foto və videosübutlar, habelə 22 seçki məntəqəsində qalib gəldiyini sübut edən möhürlü, imzalı protokollar var.  O, əlində olan bütün faktları sosial şəbəkələr üzərindən yayıb və MSK-ya təqdim edib.

Xatırladaq ki, MSK İqbal Ağazadənin şikayətini baxılmaq üçün Dairə Seçki Komissiyasına göndərib. DSK bu şikayətə üç gün ərzində baxmalıdır. Əgər araşdırmanın nəticəsi namizədi qane etməsə o, MSK-ya müraciət edə bilər. MSK-nın qərarından narazı qalacağı təqdirsə məhkəməyə üz tutmaq hüququ var.

MSK rəhbərliyi ötən gün xəbərdarlıq edib ki, səsvermə günü baş vermiş pozuntulara dair bütün faktlar, müraciətlər diqqətlə araşdırılacaq. Araşdırmaların nəticələrinə əsasən kəskin addımlar atılacaq, o cümlədən bəzi dairələrdə nəticələrin ləğvi də mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam