Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Namizədlərin mandat davası

araziqbal35 saylı Xətai Üçüncü Seçki Dairəsindən Ümid Partiyasının sədri İqbal Ağazadəyə xəbərdarlıq olunub.
"Xeberinfo.com":   Məlumata görə, bunu AzNews.az-a Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.
A.Əlizadə qeyd edib ki, oktyabrın 7-də İqbal Ağazadənin qardaşı İlqar Ağazadə onun səlahiyyətli nümayəndəsi Günel Babayevanın evinə iki kişi göndərərək ona təzyiq etməyə çalışıblar: “Onlar Günel Babayevanın anası ilə kobud danışıblar. Qadın huşunu itirib, təcili yardım çağırıblar. Nəticədə Günel Babayevanın ailəsi Xətai Rayon Polis Şöbəsinə müraciət edib.
Polis araşdırması zamanı məlum olub ki, bunlar İlqar Ağazadənin işçiləridir. Onlar Günel Babayevanın evinə İlqar Ağazadənin tapşırığı ilə gediblər. Onlar buna başqa don geyindirməyə çalışsalar da mən buna inanmıram. Onlar hədə-qorxu gəlmək üçün bu yolu seçiblər”.
A.Əlizadənin sözlərinə görə, hazırda baş verən hadisə ilə bağlı Xətai Rayon Polis Şöbəsində istintaq gedir: “Biz mübarizəmizi davam etdirəcəyik. Bundan sonra prokurorluq orqanlarına müraciət edəcəyik. Qeyri-qanuni nə iş görsələr qanun qarşısında cavab verəcəklər”.
O, bildirib ki, DSK-dan İ.Ağazadəyə xəbərdarlıq edilib: “Dairə Seçki Komissiyası ona xəbərdar edib ki, əgər bir də seçki qanunlarını pozsa onun namizədliyi ləğv olunacaq. Lakin o, qanunları pozmaqda davam edir”.
Xatırladaq ki, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə seçki rəqibi, “Ümid” partiyasının sədri İqbal Ağazadədən 35 saylı Xətai Üçüncü Dairə Seçki Komissiyasına şikayət ərizəsi yazıb. Həmin şikayətdə İ.Ağazadənin seçki qanunvericiliyini pozması və seçiciləri müxtəlif yollarla ələ alması göstərilib. Bundan başqa A.Əlizadə şikayətində İ.Ağazadənin qardaşının da adını hallandırıb.
Qeyd edək ki, “Ümid” Partiyasının sədri İqbal Ağazadə ilə Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkilərində rəqibdir. Onların hər ikisi 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizəddir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam