Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İqbal Ağazadə də danışdı:“...qapıdan yox, pəncərədən qaçdı”

İqbal Ağazadə də açıqlama yaydı: “...qapıdan yox, pəncərədən qaçdı”

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd “Ümid” Partiyasının sədri İqbal Ağazadə fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticlərinə münasibət bildirib. 

Yenixeber.org: İqbal Ağazadə seçki prosesində ciddi qanun pozuntularının olduğunu bəyan edib. “1 saylı məntəqə istisna olmaqla 29 məntəqənin heç birində protokollar verilmədi. Səslər sayılarkən nümayəndlərimiz tərəfindən videolentə alınıb. İstisnasız olaraq bütün məntəqələrdə böyük səs çoxluğu ilə qalib gəldik. Bununla bağlı videofaktlar var”, - deyə “Ümid” sədri vurğulayıb.

İqbal Ağazadə qeyd edib ki, beynəlxalq müşahidəçilərin gözü qarşısında nümayəndələrinə basqılar olub. “Müşahidəçilərimiz, nümayəndlərimiz məntəqələrdən çıxarıldı. Bəzi məntəqə sədrləri qapıdan yox, pəncərədən qaçdı. Bütün bunlar ATƏT Müşahidə Missiyasının gözü qarşısında baş verdi. Bununla da ölkənin imicinə ziyan vuruldu”, - deyə  o bildirib.

“Ümid” sədri əlavə edib ki, problemin hüquqi müstəvidə həllinə çalışır: “Artıq şikayətlərimiz təqdim etmişik. Əlimizdən nə gəlirsə edəcəyik ki, məsələ hüquqi müstəvidə həll olunsun”.

35 saylı dairədə İqbal Ağazadənin əsas rəqibi Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğludur. “Exit-poll”un nəticələrinə görə Rauf Arifoğlu qalib gəlib. Lakin Mərkəzi Seçki Komissiyası (MSK) hələ ki, bu dairə ilə bağlı nəticələri açıqlamayıb. MSK sədri Məzahir Pənahov bildirib ki, sözügedən dairədən şikayətlər var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam