Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Seçkilər saxtalaşdırıldı. Daha deputat olmaq istəmirəm”

 

Bu gün V çağırış Milli Məclisə seçkilər keçirildi.“ELS” Müstəqil Araşdırmalar Mərkəzi parlament seçkilərində keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb.
Xeberinfo.com:   Nəticələrə görə, 35 saylı Xətai III Seçki Dairəsindən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə rəqibi, Ümid Partiyasının rəhbəri İqbal Ağazadəni üstələyərək 44,4 % səslə ona qalib gəlib.

Digər maraqlı mənzərə 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsində yaranıb. Belə ki, bu dairədə exit-poll”un nəticəsinə görə, Ülviyyə Ağayeva 58,1% səs toplayıb. Dairənin hazırkı deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov isə ondan xeyli geri qalıb.

Məsələ ilə bağlı İqbal Ağazadə və İlyas İsmayılov Modern.az saytına açıqlama verib.

iqbal agazade

İqbal Ağazadə bildirib ki, əllərində onun qalib olmasına dair protokollar var. “Əlimizdə protokollar var. Araz Əlizadənin məntəqələrdə cəmi 5 səsi var. Mən qalib gəlmişəm. Rəsmi nəticələr mənim xeyrimədir”. İlyas İsmayılov isə deyib ki, hakimiyyətin göstərişi ilə heç kimin tanımadığı bir şəxs deputat seçilib.

“Məni bu zonada hamı tanıyır, mənə hörmət qoyur. Namizəd olduğum dairədə kifayət qədər böyük nüfuzum var. Seçki kampaniyamda seçicilər məni o qədər gözəl qarşılayırdılar ki! Amma Ülviyyə Ağayeva heç görüş də keçirə bilmirdi. Çünki o, rusdilli idi, görüşünə çox az adam gəlirdi”.

O, bundan sonra daha deputat olmaq istəmədiyini bildirib: “Seçkilər saxtalaşdırıldı. Mən daha deputat olmaq istəmirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam