Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

DYP-dən Eldar İbrahimova cavab

 

Dövlət Yol Polisi Milli Məclisin üzvü Eldar İbrahimovun DYP əməkdaşına “dana” deməsinə münasibət bildirib. 

"Xeberinfo.com":  Məlumata görə, məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov oxu.az-a bildirib ki, cəmiyyətdə elə insanlar var ki, polis əməkdaşları onları tanımalıdır.

Şöbə rəisinin sözlərinə görə, bu barədə gün ərzində yol polisi əməkdaşlarına 3 dəfə təlimat keçirilir.

Xatırladaq ki, dünən Milli Məclisin iclasında müzakirələr zamanı deputat Eldar İbrahimov DYP əməkdaşlarının qanuna müvafiq olaraq vətəndaşlar, həmçinin dövlət məmurları və millət vəkilləri ilə davranışlarında diqqətli olmalarını, qanunun tələblərinə əməl etməli olduqlarını bildirib:

“Onlar bəzi hallarda vətəndaşla kobud danışırlar. Polis serjantlarını işə götürəndə təbliğat işi aparılmalı, davranış qaydaları öyrədilməlidir. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, “bu kitabçadan hamıda var da”. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu “dana” hardan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam