Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Oxuya bilmir ki, vəsiqədə nə yazılıb, demək danadır da…”

 

“Camaatın arvad-uşağını söyürlər, mən bir serjant haqda “dana” sözünü dedim…”

"Xeberinfo.com":  Məlumata görə, Milli Məclisin son iclasında müzakirələr zamanı deputat Eldar İbrahimov DYP əməkdaşlarının qanuna müvafiq olaraq vətəndaşlar, həmçinin dövlət məmurları və millət vəkilləri ilə davranışlarında diqqətli olmalarını, qanunun tələblərinə əməl etməli olduqlarını bildirib: “Onlar bəzi hallarda vətəndaşla kobud danışırlar. Polis serjantlarını işə götürəndə təbliğat işi aparılmalı, davranış qaydaları öyrədilməlidir. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, ”bu kitabçadan hamıda var da”. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun, başa düşmədin? Bu “dana” hardan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır”.
Deputatın polis serjantı ilə bağlı dediyi “dana” sözü mediada, sosial şəbəkələrdə geniş müzakirə olundu. Xüsusən də dünəndən etibarən Bakı yollarında Dövlət Yol Polisi əməkdaşlarının reydlərə başlaması bu çıxışın yaratdığı ajiotaj kimi qiymətləndirildi.
E.İbrahimov “Yeni Müsavat”a bu mövzu ilə bağlı verdiyi müsahibəsində də bu çıxışını yaradan situasiya, eləcə də onun yanlış anlaşılmasından danışıb.

- Eldar bəy, son çıxışınızda Azərbaycan serjantına ünvanlanan “dana” bənzətməniz cəmiyyətdə birmənalı qarşılanmadı və polis…

– (Sözümüzü kəsir) Xeyr, mən polis haqda heç nə deməmişəm. Mən məni saxlayan bir polis serjantı haqda söz demişəm. Sizə lazımdırsa, istəyirsizsə stenoqramı çıxarım, oxuyun. Onda görün ki, mən əvvəl girişdə də, sonda da demişəm ki, QAİ-yə böyük hörmət lazımdır, biz onlara tabe olmalıyıq. Böyük hörmətlə yanaşmışam. Sadəcə olaraq, o hekayəni danışdım ki, serjant vəsiqəni aldı, oxudu, başa düşmədi… Onda da gülə-gülə dedim ki, danadır. İndi mən bilmirdim ki, siz mətbuat orqanları bunu bu qədər şişirdib, nəsə eləyəcəksiz. Şişirdirsiz şişirdin… Stenoqram var. Mən polis haqda heç nə deməmişəm. Sadəcə olaraq, bir serjant haqda demişəm ki, yəni bu serjant savadsızdır, oxuduğunu başa düşmür. Yəni bu danaya başa salmaq lazımdır. Mən polisi qoruyanda, polis haqda danışanda başqaları polisi söyürdülər. İndi nə olub? Polisi çox istəyən olublar?

- Yəni bütün polislər haqda belə düşünmürsüz? İstisnalar var deyirsiz? 
– Əksəriyyəti elə deyil. Mən yenə deyirəm, bir serjant haqda demişəm. O serjantlardan da olar 3 nəfər, 5 nəfər, ya da 1 nəfər. O 1 nəfər də mənim rastıma çıxıb. Vəziyyət elə olub. Mən də bunu gülə-gülə dedim. Və Milli Məclisin deputatı konstitusiyanın 91-ci maddəsinə görə fəaliyyəti ilə əlaqədar olaraq danışdığı sözlərə məsuliyyət daşımır. Bir dənə dana deməklə… Yenə də təkrarlayıram, mənim ağzıma gəldi o söz, dedim. Demişəm demişəm də… Buna görə dünyanı dağıdıblar. Camaatın arvad-uşağını söyürlər, indi mən gülə-gülə bir serjant haqda “dana” sözünü dedim deyə bunu polisə niyə aid edirsiz? Yenə deyirəm, stenoqrama baxın. Yoxdursa, mən sizə yollayım, baxın. Görün polis haqda nə qədər yüksək söz söyləmişəm? O yaxşı fikri demirlər, bir dənə dana sözündən yapışıblar. Ki, dana belə gəldi, belə getdi.

- Eldar müəllim, deputatın xüsusi toxunulmazlığı varmı yolda? Bəlkə sürücünüz nəsə pozuntuya yol vermişdi və buna görə saxlanmışdı? Ola bilməz? 
– Düz eləyib saxlayır. Mən də onu deyirəm ki, polislər saxlayanda biz dövlət adamı olaraq onları eşitməliyik. “Saxla” deyirsə saxlamalıyıq. Çox adam heç saxlamır. İndi mən saxlamışam, xataya düşmüşəm? Saxlamışam, gəlib “çest” verib. Deyib ki, belə-belə. Mən də deputat vəsiqəmi vermişəm ki, mən deputatam. Baxıb, görürəm ki, başa düşmür. Soruşmuşam ki, başa düşmədin? Gördüm, üzümə baxır. Ona görə mən də o vəziyyəti dedim ki, yəni bu serjantları, təzə uşaqları işə götürəndə bir bunlara dərs keçsinlər, başa salsınlar. Öyrətsinlər ki, bu ölkədə deputat kimdir, prezident, baş nazir kimdir. Ya da Milli Məclisin maşınları hardan başlanır, harda qurtarır. Yəni bu maşınları saxlayanda hörmətlə yanaşsınlar. Arzu etmişəm ki, bu qanunla əlaqədar dəyişiklik edilsin. Yəqin ki, bundan sonra belə olacaq. Nəsə təhqirli, böyük bir ifadə işlətməmişəm ki? Özü də orda mən söz tapa bilmədim. Ağzıma “dana” sözü gəldi, mən də dedim ki, dana. Nə üzrü? Kimdən üzr istəməliyəm? Mənə yaraşmazdı ki, o söz ağzımdan çıxsın. Amma təsadüfən oldu ki, onu xarakterizə etmək üçün bu sözdən başqasını tapmadım. Yəni savadsızdır, oxuya bilmir ki, vəsiqədə nə yazılıb, demək ki, danadır da…

- Bu danışdığınız hekayədə insanların etirazına səbəb olan məqam deputatın pozuntudan yayınma istəyidir. Hər kəs düşünür ki, deputatın maşını, sürücüsü nəyə görə pozuntudan sığortalanmalıdır? 
– Bütün deputatlar, o deputatların da içində şəxsən Eldar İbrahimov olmaqla, yol hərəkət qaydalarına əməl edən, gözləyən elə mənəm. Bunu da hamı bilir. Sadəcə, mənim bəxtimə düşdü. Bir serjant dedi ki, saxla. Mən də saxladım. Yoxsa ki, mən serjanta saxlamaya da bilərdim, neyləyəcəkdi mənə? Sonra da zəng edib deyəcəkdim ki, deputat Eldar İbrahimovdur, filan serjant məni niyə saxlayıb, günahım yoxdur axı. Amma sürücüm saxladı. O da dedi, sənədlərini ver, davamını bayaqdan danışıram.

- “Zəng edib deyəcəkdim”lə başlayan bir cümlə qurduz az öncə. Heç elə situasiya olubmu ki, hansısa çıxılmaz situasiyaya düşəsiz və zəng, müraciət sayəsində sırf deputat olduğunuz üçün vəziyyətdən çıxasız? 
– Mən elə adamam ki, elə hallarla heç vaxt qarşılaşmıram. Getdiyim evdir, gəldiyim də iş. Nə də küçədə-bacada gəzirəm. Avtoş deyiləm ki, kiminləsə yolda rastlaşam, o, mənə yol verməsin, mən keçim və yaxud da nəsə belə bir şey baş versin. Bunlar boş söhbətlərdir. Sadəcə olaraq, bəzi jurnalistlərə sensasion bir şey lazımdır ki, kimsə “dana” desin, “inək” sözünü işlətsin, siz jurnalistlər də bundan böyük hadisə düzəldəsiz.

- Sosial şəbəkələrdə isə deyirlər ki, Eldar İbrahimovun yeznəsi polisdə işləyir. Bu səbəbdən də sizin polislə bağlı belə açıqlama verməniz diqqət yaratdı. 
– Elə mənim qohumum QAİ-də işlədiyinə görə QAİ-ni də, polisi də məndən çox müdafiə edən yoxdur. Yenə deyirəm, mənim başqa adamım yoxdur ki. Ona görə də mən həmişə müdafiə etmişəm, həmişə də tabe olmuşam. Özümdən, kimliyimdən asılı olmayaraq. Bir dəfə təsadüf oldu, mən də bu sözü dedim də. Kim nə cür hallandırır, hallandırsın.

- Bu gündən yolda polis reydləri artıb, gücləndirilmiş iş rejiminə keçiblər. Sizin çıxışınızla bu hadisə arasında hər hansı əlaqə ola bilər? 
– Bilmirəm, maraqlanmamışam, düzü. Məni də xüsusi olaraq maraqlandırmır.

P.S. Xatırladaq ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, cəmiyyətdə elə insanlar var ki, polis əməkdaşları onları tanımalıdır. Şöbə rəisinin sözlərinə görə, bu barədə gün ərzində yol polisi əməkdaşlarına 3 dəfə təlimat keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam