Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Azərbaycana dəstək verməyə hazıram"

 

Bu gün Azərbaycan Mətbuat Şurasının, Milli QHT Forumu və ATXƏM-in təşkilatçılığı ilə azərbaycanlıların soyqırımı ilə bağlı mətbuat konfransı keçirib. 

 

"Xeberinfo.com":  Məlumata görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov Xocalı soyqırımının ildönümünün yaxınlaşdığını deyib. O bildirib ki, azərbaycanlılara qarşı artıq 200 ildir bu soyqırım davam edir: “Çar Rusiyası dövründə ermənilərin Azərbaycana köçürülməsi ilə problemlər başladı. I Dünya Müharibəsi dövründə isə hətta azərbaycanlılara qarşı açıq düşmənçilik aparan ermənilər kütləvi qırğınlara əl atdılar. Hətta ermənilər bir çox ərazilərdə yaşayan ermənilər təklif edirdilər ki, azərbaycanlılar birdəfəlik yaşadıqları şəhərlərdən çıxarılsın. Ermənilər həmin dövrdə İrəvanda, Qarabağda, Şamaxıda və digər ərazilərdə kütləvi soyqırımlar həyata keçirdilər. Sonralar isə bu düşmənçilik gizli aparıldı və nəhayət, Xocalıda insanlara qarşı soyqırım həyata keçirdilər”. 

 

ATXƏM sədri İlham İsmayıl deyib ki, azərbaycanlılara qarşı törədilən soyqırımlarla bağlı il ərzində birgə tədbirlər keçiriləcək. Onun sözlərinə görə, bu məsələdə moldovalı parlamentari Aureliya Qriqoriu dəstək göstərəcək:

 

“Qondarma erməni soyqırımı ilə bağlı ermənilər geniş bir proqram hazırlayıb. Buna görə də biz də Brüsseldə xeyli tədbirlər hazırlamışıq. O cümlədən Avropa Parlamentinin qarşısında mitinq keçirmək niyyətindəyik. Bu işdə Avropada olan Azərbaycan diaspora nümayəndələrindən dəstək gözləyirik. Hesab edirəm ki, biz türk diaspora nümayəndələri ilə də əməkdaşlığı genişləndirməli və proseslərdə onların təcrübəsindən istifadə etməliyik. Azərbaycan inkişaf nail olduqca demək olar ki, zaman bizim xeyrimizə işləyir. Biz isə haqq işimizin dünyaya çatdırılması üçün bundan istifadə etməliyik”.
 

MQF-nin prezidenti Rauf Zeyni bildirib ki, XX əsrdə xalqımıza qarşı törədilən soyqırımlar qan yaddaşımızdır: “QHT-lər olaraq bu soyqırımların tanıdılması istiqamətində işlər həyata keçirir. İki istiqamətdə Sarkisyanın hərbi cinayətkar kimi tanıdılması və 20 yanvar həqiqətləri ilə bağlı petisiyalar keçirilir. QHT-lərdə soyqırımlarla bağlı sənədlər, çap materilalları var, ancaq xarici dilləri bilənlərin az olması səbəbindən dünyaya, Avropaya bu işlərin çatdırılmasında problemlər olur. QHT rəhbərlərinə buradan səslənirəm ki, bu istiqamətdə öz qüvvələrini səfərbər etsinlər”.

 

Moldovalı parlamentari Aureliya Qriqoriu deyib ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birgə fəaliyyət göstərilməlidir: “Bir moldovalı kimi Xocalı soyqırım həqiqətlərinin yayılmasında hər an Azərbaycana dəstək verməyə hazıram”.
 

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyini sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun sözlərinə görə, iki əsrə yaxındır qonşu saydığımız ermənilər başımıza müsibətlər açıblar. O deyib ki, başımıza gətirilənlərə baxmayaraq, biz hələ də birgə addım ata bilmirik: “Qarabağ məsələsində, o cümlədən ötən il ermənilər tərəfindən girov götürülən azərbaycanlılarla bağlı birlikdə hərəkət etməliyik. Digər bir problem isə ondan ibarətdir ki, tarixi həqiqətlərimizlə bağlı yetərincə kitablar, çap və digər materiallar azdır. Hesab edirəm ki, bu istiqamətdə xeyli işlər görülməlidir, qəzet materiallarında bu kimi məsələlərə üstünlük verilməlidir.
 

Tədbirdə DAK sədri Cavad Derəxti, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərləri çıxış ediblər.
 

Yekunda tədbir iştirakçıları tərəfindən bəyanat qəbul olunub. 

Teleqraf.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam