Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gürcüstanın Baş naziri:"Xəzər regionu ölkələri arasında əməkdaşlıq əhəmiyyətlidir"

 

 

 

 

 

 

 

 

 

 

Xəzər regionu ölkələri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”. 

Yenixeber.org: Bu fikirləri Gürcüstanın Baş naziri Giorgi Qaxariya İsveçrənin Davos şəhərində Böyük İqtisadi Forum çərçivəsində keçirilən “Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması”nda çıxışı zamanı söyləyib.

Baş nazir Gürcüstanın regiondakı mövqeyindən danışıb: “Biz hesab edirik ki, ölkəmiz Xəzər regionuna açılan qapıdır. Bu bizim üçün böyük əhəmiyyət daşıyan bir faktordur. Biz hesab edirik ki, ölkəmiz Avropa İttifaqı, Türkiyə, Çin və digər bu kimi iqtisadiyyatların ticarət məkanı üçün platforma rolunu oynaya bilər. Gürcüstan əhəmiyyətli mövqeyə malikdir. Biz bu resursdan vətəndaşların mənafeyi naminə necə yararlanmaq üzərində düşünürük. Bu məsələ Gürcüstan hökumətinin diqqətindədir“.

G.Qaxariya əlaqəli şəkildə fəaliyyət göstərməyin əhəmiyyətinə də toxunub: “Əlaqələrin qurulması bizim üçün böyük əhəmiyyət daşıyır. Bunun üçün biz burda, Davosdayıq. Burdayıq ki, regionumuzda, Gürcüstanda və Xəzər regionunda əlaqələrdən danışaq.“

Baş nazir Xəzər regionunda əməkdaşlığın vacib olduğunu deyib: “Xəzər regionu ölkələri arasında əməkdaşlıq əhəmiyyətlidir. Bu tədbir də bizim birgə fəaliyyətimizin bir hissəsidir. Mən fəxr hissi keçiriəm ki, bu gün burdayam və ölkəm bu regiona daxildir“, – G.Qaxariya bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam