Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“İlham Əliyevlə “Keşikçidağ” məsələsini müzakirə etdik” - Giorgi Qaxariya

“İlham Əliyevlə “Keşikçidağ” məsələsini müzakirə etdik” - Giorgi Qaxariya
Sabahdan etibarən "Keşikçidağ" kompleksinin kilsələri gürcü din xadimləri üçün açılacaq.

Yenixeber.org: Bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya hökumətin iclasında Azərbaycana səfərinin yekunları barədə danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentİlham Əliyevlə görüşdə "Keşikçidağ" məsələsi də müzakirə olunub.

“Təəssüf ki, Gürcüstanla Azərbaycan arasındakı sərhəddə müəyyən edilməmiş bəzi hissələr qalıb, bu, bizə postsovet mirasıdır və 25 ildə həllini tapmayıb. Azərbaycan Prezidenti dedi ki, bizi birləşdirən tariximiz, coğrafiyamız var, əlbəttə, mən tamamilə razıyam ki, coğrafiya və tarix dost və tərəfdaşları ayırmır, əksinə birləşdirir.

Məhz bu əsasda və təməl üzərində cari problemlər barədə tamamilə açıq söhbətimiz oldu və nəticədə "Keşikçidağ" kompleksinin kilsələri sabahdan etibarən gürcü din adamları üçün açılacaq. Biz bu istiqamətdə ciddi tərəqqi əldə etməliyik”, - deyə baş nazir bildirib.

Xatırladaq ki,Gürcüstanın yeni baş naziri Giorgi Qaxariya dünən ilk xarici səfərini Azərbaycana edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam