Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

LAVROVUN 10 MİLYON DOLLARLIQ ELİT ƏMLAKI ÜZƏ ÇIXIB"The Insider": "120 illik gəliri belə, Lavrova bu dəyərdə əmlak almağa bəs etməzdi"

Rusiyanın “The Insider” nəşri xarici işlər nazirinin səlahiyyətlərini icra edən Sergey Lavrovun təxminən 600 milyon rubl (9.74 milyon dollar) dəyərində iki daşınmaz əmlaka (Moskvada və şəhər kənarda) sahib olduğunu üzə çıxarıb. Qəzet yazır ki, XİN rəhbərinin rəsmi bəyannamədə göstərilən illik gəliri 4,5 milyon rubldur. Bu o deməkdir ki, 120 illik gəliri belə, Lavrova bu dəyərdə əmlak almağa bəs etməzdi.

Yenixeber.org: Araşdırmadan məlum olub ki, Rusiyanın bir çox yüksək rütbəli məmurları kimi, Lavrovun da Rublyovo-Uspenski magistralında dəbdəbəli mülkü var. Mülk Moskva ətrafındakı “Landşaft” qəsəbəsində (Jukova kəndində) yerləşir.

Üç mərtəbəli bəyaz rəngli malikanə 28,4 sotluq ərazidə inşa olunub, öz sahəsi isə 499 kvadratmetrdir. Mülk və torpaq sahəsi ilk dəfə 2014-cü ilin (böyük ehtimalla, həmin vaxt alınıb, lakin bir il sonra qeydiyyata salınıb) gəlir bəyannaməsində göstərilib.

 

Evin və torpaq sahəsinin ölçüsü nazirin rəsmi bəyannaməsində göstərilən əmlakın ölçüləri ilə tam üst-üstə düşsə də, nazirin açıqlanan gəliri evin dəyərindən qat-qat azdır.

Rəsmi məlumatlara görə, 2008-ci ildən 2014-cü ilə qədər Lavrov və həyat yoldaşı Mariyanın birlikdə illik orta hesabla 4.5 milyon rubl gəliri olub.

Daşınmaz əmlak satışı saytlarındakı reklamlardan məlum olur ki, “Landşaft” qəsəbəsindəki evlərin qiyməti 300 milyon rubldan başlayır. Məsələn, 29 sotluq ərazidə inşa olunan 670 m² bir evin dəyəri 335 milyon rubldur. Bir məqamı diqqətə almaq lazımdır ki, 2014-cü ildən bu yana Rublyovodakı elit daşınmaz əmlakın qiyməti təxminən 50 faiz ucuzlaşıb.

Qəzet yazır ki, Lavrovun bu malikanəni 300 milyon rubla aldığı güman olunsa belə, bu məbləğ XİN rəhbərinin 66 illik gəlirlərinə (başqa heç nəyə pul xərcləməmək şərtilə) bərabər olardı.

Lavrovun evi qirmizi, Mahmudovun evi göy çərçivəyə alınıb

“Rosreestr”dəki bilgilərə əsasən, Lavrovun qonşusu məşhur oliqarx İskəndər Mahmudovun oğlu Cahangir Mahmudovdur. Ümumiyyətlə, qəsəbədə əsasən zəngin adamlar məskunlaşıb. Məsələn, Ukraynanın eks-prezidenti Viktor Yanukoviç də ölkədən qaçdıqdan sonra burada ev satın almışdı.

“Rossreestr”dən alınan məlumatlara görə, ərazidəki 17 ev və torpaq sahəsi Rusiya Federasiyasının adına rəsmiləşdirilib. “The Insider”in fikrincə, adətən vəzifəli şəxslər və təhlükəsizlik işçiləri öz əmlakları haqqında məlumatları ictimaiyyətdən bu şəkildə gizlədirlər.

Yeri gəlmişkən, Rusiyanın yeni baş naziri Mixail Mişustin də Rublyovo-Uspenskidə təxminən 600 milyon rubl dəyərində mülkə sahibdir. Rəsmi sənədlərdə bu mülkün də sahibi “Rusiya Federasiyası” göstərilib.

Jukovkadakı malikanə Lavrovun yeganə əmlakı deyil. Lavrov həm də “Şvedskiy tupik”dəki elit binada sahəsi 247.3 m² olan mənzilə sahibdir.

“Putinin Dostlarının Evi” kimi tanınan 11 mərtəbəli binada başqa məşhurların da mənzilləri var – iş adamı Gennadi Timçenkonun oğlu İvanın, “Rostex” in rəhbəri Sergey Çemezovun və “Rosneft” rəhbərinin keçmiş həyat yoldaşı Marina Seçinanın.

“Putinin Dostlarının Evi” kimi tanınan bina

Lavrovun bu binadakı mənzilinin sahəsi də bəyannamələrdə göstərilənlərlə üst-üstə düşür. Lakin bu mənzilin dəyəri Rublyovkadakı evin qiymətindən daha yüksək ola bilər. Elanlardan məlum olur ki, binada sahəsi 288 m² olan 6 otaqlı mənzilin qiyməti 312 milyon rubldur.

Lavrov rəsmi sənədlərdə bu mənzili ona qızı Yekatirianın bağışladığını bildirib. Halbuki mənzil alınarkən Yekatirina 25 yaşında idi və hər hansı bizneslə məşğul olmurdu.

Rusiya Xarici İşlər Nazirliyi “The Insider”in məsələ ilə bağlı sualını belə cavablandırıb: “Sergey Lavrovun 50 illik karyerasındakı gəlir və mülkiyyəti, onlarla bağlı qanuni hərəkətlər Rusiya qanunvericiliyinə uyğun rəsmiləşdirilib, bəyannaməyə daxil edilib”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam