Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PUTİN ÖZÜNƏ AD GÜNÜ HƏDİYYƏSİ ETDİ-Rusiya prezidenti 11-ci dəfə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin oktyabrın 7-də – ad günündə özünün və baş nazir Dmitri Medvedevin maaşını 4,3 faiz artırıb. Bundan sonra Putin ayda 773.4, Medvedev isə 618.7 min rubl alacaq.

Yenixeber.org: Bu, həm prezidentin, həm də baş nazirin sayca 11-ci maaş artımıdır. Putinin 2002-ci ilin iyununda imzaladğı fərmana əsasən, prezident və baş nazirin maaşları müvafiq olaraq ayda 63 min və 50.4 min rubl müəyyən edilmişdi.

Buna qədər ən böyük artım 11 aprel 2014-cü ildə olmuşdu – 2.65 faiz. Bu, prezident Putinin populyarlığını artıran hadisədən – Krımın Rusiya tərəfindən ilhaqından təxminən bir ay sonra baş vermişdi.

Vladimir Putin gəlir bəyannamələrini mütəmadi olaraq təqdim edir. Məsələn, ötən il Rusiya Mərkəzi Seçki Komissiyası açıqlamışdı ki, 2011-ci ildən 2016-cı ilə qədərki dövrdə Rusiya prezidenti 38,5 milyon rubl gəlir əldə edib. Təkcə 2018-ci ildəki gəliri isə 8,648 milyon rubl olub.

Bəyannamədə gəlir mənbələri arasında maaş, hərbi pensiya və banklardakı əmanətlər üzrə gəlirlər göstərilmişdi. Putinin o dövrdə 13 ayrı hesabda 13,8 milyon rubl pulunun olduğu açıqlanmışdı.

Bununla yanaşı, o da məlum olmuşdu ki, Rusiya lideri “Sankt-Peterburq” bankına aid 230 səhmə sahibdir. Prezidentin mülkiyyətində iki mənzil var. Onlardan birinin sahəsi 77, digərininki isə 153,7 kv.m-dir. Bundan başqa, Kreml rəhbərinin qarajı, qaraj üçün nəzərdə tutulan 18 kvadratmetrlik sahəsi, QAZ-M21, “Niva” avtomobilləri və “Skif” avtomobil qoşqusu var.

Yeri gəlmişkən, bu ilin aprelində Rusiya hökumətinin üzvləri, senatorlar, deputatlar 2018-ci ildəki gəlirlərinin hesabatını vermişdilər. Məlum olmuşdu ki, gəlirlərinin həcminə görə siyahının lideri maqnat Valeri Ponamaryovdur.

İqor Komarov

Prezident Administrasiyasında ən çox gəliri olan Rusiyanın Privoljsk Federal Dairəsinin səlahiyyətli nümayəndəsi “Roskosmos”un və AvtoVAZ-ın keçmiş rəhbəri İqor Komarovdur. O, deklarasiyada ötən il üçün gəlirini 657,278 milyon rubl göstərib.

Komarovun mülkiyyətində 5 torpaq sahəsi, 2498 kvadratmetrlik yaşayış evi, 117,7 kv.m-lik mənzil var. Komarov 2015-ci ildən 2018-dək “Roskosmos”a rəhbərlik edib. Privoljsk Federal Dairəsində Komarovun gəlirlərinin artmasını “Lada Largus” avtomobillərinin satışı və AvtoVAZ-ın səhmləri ilə əlaqələndiriblər.

Kreml məmurları arasında gəliri ən çox olan ikinci məmur Prezident Administrasiyasından birinci müavin postunu tutan Sergey Kirienkodur. Kirienkonun ötən il gəliri 66,6 milyon rubl olub. Bu, 2017-ci ildəki gəlirindən iki dəfə çoxdur.

Baş nazir Dmitri Medvedev 2018-ci ildə 9,917 milyon rublluq gəlir əldə edib. Onun deklarasiyasında 367,8 kvadratmetrlik mənzil, QAZ-20 və QAZ-21 avtomobilləri var. Bundan başqa, baş nazirin hazırda icarədə olan 4,7 min kvadratmetrlik torpaq sahəsi var.

Putinin mətbuat katibi Dmitri Peskovun xanımı, olimpiya çempionu Tatyana Navka Kreml məmurlarının xanımları arasında gəlirlərinin həcminə görə liderdir. Ötən il Navkanın gəliri 218,6 milyon rubl olub. Bir il əvvəl bu rəqəm 200,3 milyon rubl idi.

Hökumət məmurları arasında gəlirlərinin həcminə görə ilk beşlikdə bunlar var – baş nazirin müavini və prezidentin Yaxın Şərq üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnyov (538 mln. rubl), sənaye naziri Denis Manturov (443 mln. rubl), ekologiya və təbii sərvətlər naziri Dmitri Kobılkin (47,5 mln. rubl), mədəniyyət naziri Vladimir Medinski (41,9 mln. rubl).

Bütün bunlar yuxarıda adları keçən məmurların gəlirlərinin rəsmən açıqladıqları hissəsidir. Yerli müxalifət və mətbuat onların sərvət və gəlirlərinin qat-qat çox olduğunu iddia edir.(strateq)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam