Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

“Makler” İlham Yevlaxda “qələbə”sini indidən bayram edir:“Buraxılmış” deputat kiminlə və necə oynayır?

“Makler” İlham Yevlaxda “qələbə”sini indidən bayram edir: “Buraxılmış” deputat kiminlə və necə oynayır?

YAP-ın 48 saylı Yevlax Seçki Dairəsindən irəli sürdüyü namizəd İlham Məmmədov yenidən “seçiləcəyini” haradan bilir?

Yenixeber.org: Növbədənkənar parlament seçkiləri təyin edildikdən sonra Yeni Azərbaycan Partiyası (YAP) gənc və perspektivli kadrlara üstünlük verəcəyini açıqlayanda, əksəriyyət hakim siyasi qüvvənin öz deputat korpusunun tərkibini 90 faiz yeniləyəcəyini gözləyirdi.

Lakin YAP-ın ötən ilin son günlərində açıqladığı namizədlər siyahısı bu gözləntilərin əsassız olduğunu göstərdi. Hakim partiya Milli Məclisin buraxılmış tərkibində təmsil olunan deputatlarının çoxunu yenidən namizəd kimi irəli sürməklə, “yeniləşmə” anonsunun “sözgəlişi” olduğunu nümayiş etdirdi.

YAP-ın “yarıtmaz” diqnozu ilə buraxılmış parlamentdəki deputatlarından biri də 48 saylı Yevlax seçki dairəsindən mandat almış İlham Məmmədovdur. O İlham Məmmədov ki, yevlaxlılar ona xeyli vaxtdır, “makler” ləqəbi qoyublar. Yəni Yevlax camaatı onu deputatdan çox “makler” fəaliyyəti ilə tanıyırlar.

Yerli sakinlərlə söhbət zamanı öyrəndik ki, İlham Məmmədov kimlərisə hansısa vəzifəyə təyin etdirmək və müəyyən şəxslərin şübhəli işlərini yoluna qoymaq lazım olanda, yada düşür.

İlham Məmmədov Yevlaxda həm də “məclis adamı” kimi tanınır. Yevlaxlılar İlham Məmmədovun yemək-içmək məclislərinin adla deyildiyini bildirirlər. Təşkil etdiyi məclislərdə əlinə badə götürüb uzun-uzadı sağlıq deməkdən yorulmayan İlham Məmmədov nədənsə, Milli Məclisdə ağzını açıb ona mandat qazandırmış seçicilərin maraqlarını müdafiə üçün bir kəlmə söz də söyləmir. Nə biləsən, bəlkə bunun üçün də dolu badə tələb olunur…

Yeri gəlmişkən, İlham Məmmədov YAP tərəfindən deputatlığa namizəd irəli sürüldükdən sonra hər imkanda mandatın məhz ona veriləcəyini bəyan etməkdədir. Əslində, 48 saylı Yevlax Seçki Dairəsində qeydə alınmış digər namizədlərin kimliyinə baxdıqda, bu “rəqib”lərin sanki İlham Məmmədovun “qələbə”sinə mane olmamaq üçün bir araya toplandıqları təsəvvürü yaranır. Çünki İlham Məmmədovun formal alternativləri Yevlax rayonunda kiçik vəzifələr tutan xırda məmurlardır.

Bu mənzərənin müşahidəsi göstərir ki, “makler” İlham yenə də “danışılmış oyun”un içindədir. Kiminlə və necə “oynadığına” mütləq aydınlıq gətirəcəyik.(seçki.net)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam