Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Prezidentlərin anlaşması icra olundu -Ukrayna və seperatçlar əsirləri dəyişdirdilər

 

Prezidentlər Putin və Zelenski “Normand sammiti”ndə məhbusların mübadiləsinə razılıq veriblər. Üçtərəfli Əlaqə Qrupu əvvəlcə mübadilə siyahıları barədə razılığa gələ bilməyib. İndi şərtlər razılaşdırılıb.

Yenixeber.org: Şərqi Ukraynada münaqişənin həlli üzrə Üçtərəfli Əlaqə Qrupunun (ÜƏQ) iştirakçıları 2019-cu ilin sonuna qədər tutulan şəxslərin mübadiləsinə razılıq veriblər. Bu barədə ötən gün Ukrayna Prezidentinin ofisi məlumat yayıb.

Ukraynanın ÜƏQ-nin humanitar alt qrupundakı nümayəndəsi Valeriya Lutkovskaya əldə olunan razılaşmanı “böyük xoşbəxtlik” adlandırıb. O, bildirib ki, Kiyev “İlovaysk, Debalsevodan sonra dörd il əsir düşən və ailələri ilə əlaqə saxlamaq imkanı olmayan insanları” geri qaytara biləcək. Lutkovskayanın sözlərinə görə, mübadilə siyahısındakı şəxslərin adı dəqiqləşdirilib.

Rusiyanın danışıqlardakı nümayəndəsi Boris Qrızlov məhbusların sərbəst buraxılacağını və mübadilə şərtlərinin razılaşdırıldırıldığını təsdiqləyib. Öz növbəsində ÜƏQ-nun siyasi altqrupundan qondarma Luqansk Xalq Respublikasının nümayəndəsi Rodion Miroşnik bəyan edib ki, mübadilə “hamının hamıya” formatında həyata keçiriləcək.

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski dekabrın əvvəlində Donbas münaqişənin həlli üzrə “normand formatı”nın Parisdə baş tutan zirvə toplantısında geniş miqyaslı mübadilə barədə razılığa gəliblər. Lakin dekabrın 18-i əlaqə qrupunun iştirakçıları mübadilə siyahısını razılaşdıra bilməyiblər.

Rusiya və Ukrayna arasında sonuncu böyük mübadilə prosesi cari ilin sentyabr ayında baş tutub. Hər tərəfdən 35 nəfər azadlığa buraxılıb. Onların arasında 2015-ci ilin avqust ayında Rusiyada ilhaq edilmiş Krım yarımadasında terrorçu qruplaşma yaratmaq ittihamı üzrə 20 il müddətinə azadlıqdan məhrum edilən ukraynalı rejissor Oleq Sentsov və Kerç boğazında ələ keçirilən hərbi gəmilərin dənizçiləri də olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam