Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Normand dördlüyü” liderləri nədən danışıb? - Paris görüşünün detalları

“Normand dördlüyü” liderləri nədən danışıb? - Paris görüşünün detalları
Parisdə keçirilən "Normand dördlüyü” formatı çərçivəsində Ukrayna, Rusiya, Almaniya və Fransa liderləri görüşlərinin yekunları ilə bağlı kommunike qəbul ediblər.
Yenixeber.org: Kommünike üç bənddən ibarətdir. Bura "Münaqişə zonasında vəziyyətin sabitləşdirilməsi üçün təxirəsalınmaz tədbirlər", "Minsk razılaşmalarının siyasi müddəalarının həyata keçirilməsi üçün tədbirlər" və "Gələcək addımlar" daxildir.

"Normand dördlüyü" liderləri Ukraynanın cənub şərqində bu ilin sonuna kimi atəşkəs rejiminin icra olunmasına tam dəstəklərini bəyan ediblər.

Həmçinin, sənəddə Donbasda 2020-ci ilin mart ayının sonuna kimi üç yeni məntəqədə qüvvələrin geri çəkilməsi nəzərdə tutulur. Sammit iştirakçıları “Ştaynmayer formulu” əsasında Ukraynanın Konstitusiyasına dəyişikliklərin edilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Eyni zamanda, "Normand dördlüyü" rəhbərləri Əlaqə Qrupunu ilin sonunadək Donbassda saxlanılanların "hamının hamıya" prinsipi ilə mübadiləsini təmin etməyə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə bütün tutulan şəxslərlə tam və şərtsiz əlaqəni yaratmasına imkan verməyə çağırış edib.

Fransa prezidenti Emmanuel Makronun sözlərinə görə, "Normand" formatında növbəti görüş dörd ay sonra baş tutacaq.

Xatırladaq ki, Yelisey Sarayında keçirilən görüşdə Emanuel Makron, Angela Merkel, Vladimir Putin və Vladimir Zelenski arasında "Normand dördlüyü" formatında görüş keçirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam