Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Girovların mübadiləsinə dair yeni ideyalar var” - İqor Popov

“Girovların mübadiləsinə dair yeni ideyalar var”


ATƏT-in Minsk qrupunun həmsədrlərinin saxlanılan şəxslərin mübadiləsi ilə bağlı bir neçə ideyası var.
Yenixeber.org: Bunu Dağlıq Qarabağa səfər edən Minsk qrupunun rusiyalı həmsədri İqor Popov erməni jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, regiona səfərləri çərçivəsində əsir və girovların dəyişdirilməsi məsələsini müzakirə edirlər:

“Biz Azərbaycan və Ermənistan liderləri ilə bu ilin mart ayında Vyanada keçirilən görüşdə müzakirə edilən humanitar məsələlərlə bağlı öz yanaşmamızı təqdim etmişik. Keçirdiyimiz görüşlərdə xüsusilə, saxlanılan şəxslərin mübadiləsinin təşkili məsələsinə toxunulub. Bu mənada bir sıra ideyalarımız var, onların həyata keçirilməsi üzərində iş davam edir. Bu yaxınlarda biz Cenevrədə olduq, Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri Peter Mauerlə görüşdük və bu mövzuda müzakirələr apardıq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəflərdə saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılmasını aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə 2016-cı ilin aprel ayında Ermənistan Respublikasına təklif edib.

Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 11 sentyabr 2019-cu il tarixdə rəsmi məlumat verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam