Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Putin Zelenskinin sözünü yerə salmayıb – Hərbi dənizçilər jurnalistlə dəyişdiriləcək

zelenski putin

Hələ ötən ilin noyabrında Kerç boğazında Rusiyanın əsir götürdüyü 22 ukraynalı dənizçinin taleyinə yaxın vaxtda aydınlıq gətiriləcəyi gözlənilir.

Yenixeber.org:  Prezidentlər Vladimir Putinlə Vladimir Zelenski arasında əsirlərin dəyişdirilməsilə bağlı danışıqların detalları açıqlanıb. Və Zelenskinin ukraynalı dənizçilərin geri qaytarılması istəyinə Putinin müsbət cavab verdiyi məlum olub.

Xəbər verilir ki, tərəflər artıq dəyişdiriləcək şəxslərin siyahısını hazırlamaqla məşğuldurlar. Ukrayna tərəfinin siyahısına 22 hərbi dənizçi ilə bərabər xüsusi xidmət orqanlarının Rusiyada həbsdə olan 2 əməkdaşı da daxildir.

Rusiya tərəfinin isə azad olunmasında israr etdiyi əsas şəxs “RİA- Novosti Ukrayna”-nin baş redaktoru Kiril Vışinski sayılır. Həm Rusiya, həm də Ukrayna vətəndaşlığı daşıyan Vışinski Ukrayna dövlətinə xəyanətdə ittiham olunur. Ötən ilin mayında Xersonda həbs edilən Vışinski Rusiyanın Ukraynaya qarşı apardığı informasiya müharibəsinin ən fəal iştirakçılarından biri sayılırdı.

Ukraynalı diplomatlar mətbuatda tərəflər arasında prinsipial razılaşmanın əldə olunmasına dair yazılanları təsdiqləyiblər. Qeyd olunur ki, razılıq Putinlə Zelenski arasında hələ iyulun əvvəlində baş tutmuş telefon danışığı zamanı əldə olunub. Prosesin avqustun sonunadək yekunlaşması gözlənilir. (AzPolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam