Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Ermənilər ruslardan qisas aldılar-Njdeyə görə+FOTO

İrəvanda ötən gün axşam saatlarında rus diplomatı, şair və dramaturqu Aleksandr Qriboyedovun abidəsi təhqir olunub.

Yenixeber.org: Bu haqda “Vereleg” adlı erməni saytı yazır. Abidəni təhqir edən və onun üzərinə qırmızı boya tökən isə yerli millətçi-fəal Şaqen Arutyunyandır. Arutyunyan özü bu haqda Facebook-da bildirib.

“Rusiya imperiyasının səfiri, şair Qriboyedovun abidəsinə Njdenin xatirə lövhəsinin təhqir olunmasına cavab olaraq qırmızı boya tökdüm”,-erməni millətçisi yazıb.

Şaqen Arutyunyan “Vahid milli təşəbbüslər” partiyasının lideri Şant Arutyunyanın oğludur.

“Mən bunu bilərəkdən dekabrın 2-də-Ermənistanın bolşevikləşdirilməsi və Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri günüdə elədim”,-Ş.Arutyunyan bildirib.

Xatırladaq ki, noyabrın 13-də Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində yerli deputat Aleksey Vinoqradov faşist  Njdeyə erməni kilsəsinin həyətində qoyulmuş xatirə lövhəsini qara boyayıb. Daha sonra yerli sakinlər lövhənin sökülməsi məsələsini qaldırıblar. Noyabrın 30-da lövhənin söküldüyü məlum olub.

Ermənilər isə faşist cinayətkarı və başkəsəni Qaregin Njdenin qisasını böyük rus şairindən və diplomatından alıblar. Hansı ki,  ermənilər indiki coğrafiyada, xüsusən də Dağlıq Qarabağda yaşadıqlarına görə məhz Qriboyedova və onun təmsil etdiyi Rusiya imperiyasına minnətdar olmalıydılar. Qriboyedovun abidəsi də bu minnətdarlığın ifadəsi kimi Yerevanda ucaldılmışdı. İndi isə ermənilər abidəni və Qriboyedovun ruhunu təhqir edir. Bu, erməni nankorluğunun bariz nümunəsidir və Rusiyanı düşündürməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam