Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilərin hücumuna məruz qalan jurnalistlə bağlı -Rusiyaya müraciət ünvanlandı

Ermənilərin hücumuna məruz qalan jurnalistlə bağlı Rusiyaya müraciət ünvanlandı

Azərbaycan Mətbuat Şurası Azərbaycan Televiziyasının Rusiya üzrə xüsusi müxbiri Zakir Musayevin fəaliyyət göstərdiyi ölkənin Krasnodar vilayətinin Armavir şəhərində peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalması ilə bağlı Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb.

Yenixeber.org: Bu barədə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat yayıb.

Şuranın müraciətində bildirilir ki, Armavir şəhərində erməni terrorçusu, Böyük Vətən Müharibəsi illərində nasist Almaniyasının təşkil etdiyi legionda Sovet İttifaqına qarşı döyüşmüş Qaregin Njdeyə xatirə lövhəsi qoyularkən bu, yerli ictimaiyyətin mənfi reaksiyasına səbəb olub. Z.Musayevin məsələ ilə əlaqədar ötən ay hazırladığı reportaj onun çalışdığı Azərbaycan Televiziyasında yayımlanıb.

“Kəskin etirazın nəticə olaraq sözügedən xatirə lövhəsi sökülüb. Z.Musayev isə bununla bağlı yenidən reportaj hazırlayarkən təxminən 50-dək erməni onu mühasirəyə alıb, çəkiliş qrupunun kamerasını sındırıb, jurnalistin komputerini əlindən almağa cəhd göstərib. Aqressiv dəstə hətta polisin xəbərdarlığına da məhəl qoymayıb”, - deyə müraciətdə qeyd edilib.

Müraciətdə eyni zamanda bildirilib ki, söz və ifadə azadlığını boğmağa, jurnalistin peşə fəaliyyətinə zorakı üsullarla mane olmağa yönələn bu hadisə Azərbaycan cəmiyyətində, eləcə də media ictimaiyyətində dərin hiddət və təəssüf hissi doğurub: “Baş vermiş hadisəyə qanun çərçivəsində layiqli qiymətin verilməsi oxşar halların gələcəkdə təkrarlanmaması baxımından önəmli və zəruridir. Əminik ki, nəinki Rusiyanın, eləcədə dünyanın aparıcı media qurumlarından olan Rusiya Jurnalistlər İttifaqı məsələyə münasibətdə adekvat hüquqi tədbirin seçilməsinə öz dəstəyini əsirgəməyəcəkdir. Sizdən bununla bağlı müvafiq kömək göstərməyinizi xahiş edirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam