Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Bu vaxtında atılan addımdır."-"Siz ... dövlət daxilində dövlət yaratmısınız"

 Politoloq, milli təhlükəsizlik üzrə ekpert Rövşən Novruzoğlu Parlamentin buraxılmasına münasibətini bildirib

 

Yenixeber.org: Azərbaycan Respublikasının Parlamentinin buraxılması vacib məsələlərdən biri olaraq beynəlxalq aləmin də diqqətini çəkdi. Artıq zaman öz sözünü dedi. Parlament kürsülərində yatan, heç bir fəaliyyəti olmayan deputat korpusunun üzvləri yaxşı olardı ki, özlərinə bir hesabat versinlər. Biz nə etmişik? Millət və seçicilər artıq xeyli xarici ölkə saytlarında bu suala cavab veriblər. Siz heç nə etməmisiniz. Siz sadəcə dövlət daxilində dövlət yaratmısınız. Azərbaycan Respublikası Prezidentinin yerlərdə başlatdığı islahatlara ancaq süni şəkildə, dekorativ şəkildə müxtəlif telekanallardan qoşulmusunuz.

Bu vaxtında atılan addımdır. Ümid edirəm ki, oliqarxlara qoşulan deputatların anti-Azərbaycan fəaliyyətinə, onların yaratdıqları “Kölgə dövlətinə” son qoyulacaq. Araşdırmalarla məlum olur ki, deputatların əksəriyyəti prezidentin son, məlum islahatlarını qəbul etmək istəmirlər.

Mən həm də üzümü Azərbaycanda akreditasiya olunmuş xarici ölkələrin deputat korpuslarına tutub sadəcə bir vətəndaş xəbərdarlığı edirəm: gecələr növbəti deputat seçkiləri üçün qəbul etdiyiniz şəxslərin üstündən qələm çəkin. Bu dəfə hər şeyi xalq özü müəyyənləşdirəcək və bununla da həm ölkə başçısına, həm də Birinci vitse-prezidentə dəstək olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam