Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Deputatların sayı artırılsın! –TƏKLİF

 

Azərbaycanda Milli Məclis deputatlarının sayının artırılması ilə bağlı təşəbbüs irəli sürülüb.

Yenixeber.org: Bu təkliflə keşmiş deputat Alqış Musayev çıxış edib. YAP üzvü bildirib ki, son vaxtlar növbədənkənar parlament seçkilərindən danışılır. Amma o parlament seçkilərinin vaxtında- 2020-ci ildə keçirilməsinin daha real və məqsədəuyğun olduğunu düşünür: 

“Ancaq parlamentin strukturu və deputatların say tərkibiylə bağlı məsələnin referenduma çıxarılması mümkündür. Əslində, buna ehtiyac da var. Yeni şəraitdə deputatların sayının artırılması hazırda bir zərurətə çevrlib.

Düşünürəm ki , Mlli Məclisin iki - yuxarı və aşağı palatadan formalaşması əksəriyyət tərəfindən müsbət qarşılanar.

Yuxarı palataya seçkilər 6 ildən, aşağı palataya seçkilər 3 ildən bir keçirilə bilər.

Fakt budur ki, bu gün normadan kənar siyasi enerji müşahidə olunur. Cəmiyyətin canındakı bu artıq enerji yalnız seçki yolu ilə tənzimlənməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam