Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İrəvanda “aprel savaşı” xofu - “Ağdərə də itirilə bilərdi...”

 

“4 günlük müharibə”nin yeni detalları üzə çıxır; düşmən ölkədə aprel məğlubiyyəti ilə bağlı mübahisələr qızışır; keçmiş müdafiə nazirindən ordu rəhbərliyinə ağır ittihamlar...

Yenixeber.org: Ermənistanda 2016-cı ilin aprelindəki “4 günlük müharibə”də işğalçı ordunun rüsvayçı məğlubiyyəti ilə bağlı yaradılmış parlament komissiyası öz işini davam etdirir. Şübhəsiz ki, Nikol Paşinyan hökuməti belə bir komissiya yaratmaqla ilk növbədə devrilmiş Sərkisyan-Köçəryan rejiminə qarşı yeni ittihamlar əldə eləmək və Qarabağa klanının revanş götürmək şansını minimuma endirmək, ondan qisas almaq məqsədi güdür.

İkinci yandan, baş nazir Nikol Paşinyan bununla ondan real islahatlar gözləyən cəmiyyətin başını qatmağa çalışır. Çünki artıq ilyarımdır ölkənin rəhbəri postunu tutan Paşinyan da bilməmiş deyil ki, heç bir “sehrli çubuq”la erməni ordusunu müasir ordu standartları səviyyəsinə gətirmək mümkün deyil. Bunun üçün zəruri olan böyük maliyyə resursları blokada vəziyyətində olan bir ölkədə yoxdur, gözlənilmir - hakimiyyət sükanı arxasında kim olur-olsun. Demək, yerdə qalanlar təfərrüatdır.

Məsələ də ondadır ki, “4 günlük” aprel savaşı zamanı erməni ordusunun məğlubedilməzlik mifi ilk növbədə elə buna görə darmadağın olub: düşmən ordu Azərbaycan ordusundan fərqli olaraq, modernləşmə perspektivindən məhrumdur. Bu xüsusda komissiyanın gələcəyi nəticələr hansısa şəkildə özünü işğalçı ordunun güclənməsində göstərə bilməz. Bu istisnadır. Nədən ki, 2016-cı ildən keçən 3 il yarım ərzində Ermənistan ətrafında sərt reallıqlar dəyişməyib. Onu qarşıdakı illərdə orduya 5 milyard dollar vəsait xərcləməkdən dəm vuran Nikol Paşinyan da dəyişə bilmir.

Başqa sözlə, 2016-cı ilin aprelində Ermənistanın ali baş komandanı Paşinyan olsaydı belə, acı yekun indikindən fərqlənməyəcəkdi. O da sələfi kimi Azərbaycanın hərbi əməliyyatları dayandırması üçün ağası Moskvadan xahiş-yalvarışda bulanacaqdı. Ancaq indi Nikol Paşinyan ittiham olunan yox, ittiham edən tərəfdir. Həm də o səbəbə ki, onun Sərkisyan-Köçəryan rejimindən 1 mart 2008-ci il olayları ilə bağlı məxsusi haqq-hesabı var...

*****

İlgili resim

“4 günlük müharibə” zamanı erməni tərəfi situasiyanı düzgün qiymətləndirə bilməyib. Bu da həm operativ, həm də taktiki səhvlərə gətirib". “Yeni Müsavat” verir ki, bu sözləri AzadlıqRadiosunun erməni redaksiyasına “4 günlük müharibə” ilə bağlı yaradılan parlament komissiyasında məsləhətçi kimi iştirak edən keçmiş müdafiə naziri (1999-2000) Vaqarşak Arutyunyan deyib.

Onun sözlərinə görə, erməni tərəfinin hansı şəraitdə böyük insan itkilərinə məruz qalması öyrənilməlidir: “Yəni o vaxt qərarlar düzgün qəbul olunubmuş, ya yox? Səhvlər isə həm taktiki, həm operativ, həm də strateji həlqələrdə olub. Bunlar da ona görə baş verib ki, situasiya düzgün dəyərləndirilməyib”.

AzadlıqRadiosunun “Bəs kəşfiyyat necə, səhvlər edibmi” sualına Arutyunyan belə cavab verib: “Komissiya öz işini bitirmədiyi üçün çox dərinə getməyəcəm. Kəşfiyyat məsələsi ilə bağlı da hər şey öyrəniləcək və üstü açılacaq: informasiya olubmu, məruzə edilibmi, edilibsə kimə edilib və hansı qərarlar qəbul edilib? Bu qərarlar düzgün və vaxtında verilibmi? Ancaq əminliklə deyə bilərəm ki, səhvlər olub. Bizim hər bir canlı itkimizin səbəbi öyrəniməlidir. Müharibə itkisiz olmur. Ancaq biz müəyyən eləməliyik ki, bu sayda itkilər (”4 günlük savaş"da erməni tərəfi minə yaxın hərbçi itirib - “YM”) adekvat olubmu?"

Bu yerdə radionun əməkdaşı ona ovaxtkı Baş Qərargah rəisinin müavini, hazırda isə müdafiə nazirinin müşaviri işləyən Enriko Apriamovun sözlərini xatırladıb: “Ciddi çatışmazlıqlar olmayıb, əks halda, biz Mardakerti (Ağdərə - ”YM"), Talışı və s. itirərdik".

qarabağ musavat.com ile ilgili görsel sonucu

Eks-müdafiə naziri isə bu arqumentlə razılaşmayıb: “Xeyr, əgər bu nöqteyi-nəzərdən baxsaq, ciddi səhv onda olacaq ki, Qarabağı təslim edəcəyik? Söhbət ondan gedir ki, biz situasiyanı necə qiymətləndiririk. Biz mövqelərimizi əldən verdik, bu, ciddi məsələdir, ya yox? Mən bu cür yanaşma ilə razılaşa bilmərəm. Ərazi itkisi baş verib, təmas xətti dəyişib. Bu, ciddi hadisə deyil? Əgər cavab varsa ki, bu, niyə baş verib, onda ayrı məsələ. Problem indi ondadır ki, biz Azərbaycanın təmas xəttini öz xeyrinə dəyişməsinə imkan verən səbəbləri dəqiqlışdirməliyik”.

*****

Əslində bu səbəblər üzərində erməni tərəfinin, onun indiki və keçmiş yüksək çinli hərbçilərinin, həmçinin baş qərargahının baş sındırmasına xüsusi lüzum yox. Əsas səbəb odur ki, Azərbaycan öz qanuni ərazilərinin işğalı ilə barışmayıb və heç vaxt da barışmayacaq və “addım-addım” taktikası ilə - kənd-kənd, yüksəklik-yüksəklik öz ərazilərini azad etməyə davam edəcək.

Bundan ötrü Bakı şəkk-şübhəsiz, öz silahlı qüvvələrini ən müasir döyüş sistemləri ilə təchiz eləməyə, qardaş Türkiyənin də köməyi ilə düşmən ordusu üzərində əzici hərbi üstünlüyünü saxlamağa davam edəcək. Və ona da şübhə yox ki, günün birində - ilk əlverişli fürsətdəcə ordumuz maksimum qısa müddətdə Qarabağı da terrorçu birləşmələrdən təmizləyib məsələyə nöqtə qoyacaq. Ondan sonra ermənilərin araşdırma komissiyaları yaratmasına da ehtiyac qalmayacaq...(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam